Page 209 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 209
Seçilmiş əsərləri

Culiya ucadan:
– Lənət şeytana, o, bu rolu alacaq, – dedi və sonra
qisas hissiylə gülüb əlavə etdi. – Tanrı da şahiddi ki, mən
kin saxlayan qadın deyiləm, amma hər şeyin həddi var.
Tomla Evis Kraytona öz hərəkətləriylə cavab
vermək yaman ləzzətli olacaq. Culiya eləcə qaranlıqda
oturub-qalmışdı. O, bu işin daha münasib yollarını
arayırdı. Amma ara-sıra təzədən gözündən yaş axırdı,
çünki yaddaşının dərinliklərində ona işgəncə verən
şəkillər üzə çıxırdı. Culiya Tomun ona sarılan gənc,
biçimli bədənini, qızğın çılpaqlığını, dodağının heç nəyə
bənzəməyən dadını, utancaq, eyni zamanda hiyləgər
təbəssümünü, qıvrım saçlarının qoxusunu yadına sa-
lırdı.
“Dəliyəm, dəliyəm, niyə axı mumlamadım! Onu
çoxdan tanımalıydım. Bu, onun növbəti məşğuliyyətidi.
Keçib-gedəcəkdi və o, təzədən mənim yanıma qayı-
dacaqdı”.
Culiya yorğunluqdan yarımcan olmuşdu. Öz yataq
otağına qalxdı. Yuxu dərmanı atdı. Yatağına girdi.

İYİRMİ İKİNCİ HİSSƏ

Amma çox ertədən, səhər altıda oyandı və gözlərini
açan kimi Tomu xəyalına gətirdi. Ona nə dediklərini və
ondan nə eşitdiklərini ürəyində bir-bir təkrarladı. Culiya
üzgün və bədbəxt idi. Ona toxtaqlıq verən yalnız bu
ayrılıq səhnəsini şən ovqatda keçirməsi idi. Tom ona nə
yara vurduğunu çətin anlasın.

Culiya bütün günü başqa heç nə barədə düşünə
bilmirdi və Tomu başından çıxarmağa gücü çatmadığına
görə özünə hirslənirdi. Əgər dərdini bir dostuyla bölüşə
bilsəydi, yüngülləşərdi. Ah, kaş kimsə onu ovunduray-
dı, deyəydi ki, Tom onun bu həyəcanına layiq deyil,
inandıraydı ki, ona qarşı biədəb hərəkət eləyib. Adətən,

209
   204   205   206   207   208   209   210   211   212   213   214