Page 213 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 213
Seçilmiş əsərləri
İndi, birtəhər də olsa, dözməliydi. Başını nəyləsə qat-
malıydı. Axşam eşikağasına tapşırdı ki, Çarlz Temerliyə
zəng vurub onun Culiya ilə sabaha Ritsin evinə lança ge-
dib-getməyəcəyini öyrənsin.
Lanç zamanı Çarlz həddən ziyadə nəzakətliydi.
Çöhrəsindən və hərəkətlərindən görünürdü ki, o, tama-
milə başqa bir aləmin adamıdı. Və Culiyaya son bir ili
Toma görə baş vurduğu aləm qəflətən çox iyrənc görün-
dü. Çarlz siyasətdən, incəsənətdən, kitablardan danış-
dıqca Culiyanın ruhu dincəlirdi. Tom ziyanlı bir axın,
dalğaydı və yaxşı ki, ondan canını qurtardı. Culiyanın
əhvali-ruhiyyəsi yüksəldi. Tək qalmaq istəmirdi, bilirdi
ki, əgər lançdan sonra evə yollansa, onsuz da, gözünə
yuxu getməyəcək. Ona görə də Çarlzdan soruşdu ki,
onu Milli qalereyaya apararmı? Culiya ona bundan
artığını təklif edə bilməzdi. Çarlz şəkillərdən danışmağı,
özü də yaxşı danışmağı xoşlayırdı. Bu, onları xəyalən
köhnə əyyamlara – Culiyanın Londonda ilk uğurlarını
qazandığı və onların birlikdə parkları, muzeyləri gəzdiyi
dövrlərə aparırdı. Səhərisi Culiyanın günorta tamaşası
var idi. Ondan sonra harasa dəvətliydi. Amma Çarlzla
ayrılanda danışdılar ki, cümə günü yenidən görüşüb
lançdan sonra Teytin qalereyasına getsinlər.
Bir neçə gündən sonra Maykl Culiyaya xəbər verdi
ki, yeni pyesdə iştirak üçün Evis Kraytona dəvət
göndərib.
– Zahirən bu rola əla yarayır, buna şəkk-şübhə ola
bilməz, sənə də çox yaxşı kölgə verəcək. Onu sənin söz-
lərinə görə götürürəm.
Səhəri gün Culiyaya zəng eləyib xəbər verdilər ki,
dəstəyin o üzündə mister Fenneldi. Ona elə gəldi ki,
ürəyi dayandı.
– Məni onunla calayın.
– Culiya, Mayklın Evisi dəvət etdiyini sənə demək
istədim.
213