Page 215 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 215
Seçilmiş əsərləri

– Axı mən nə eləyim? Nə eləyim?
Ümidi var idi ki, özüylə bacaracaq, amma bu qısa,
səfeh söhbət göstərdi ki, səhv eləyib, onu əvvəlki kimi
sevir. Canı onu istəyir. Ondan ötrü darıxır. Onsuz yaşa-
ya bilmir.
“Mən heç vaxt özümə güc gələ bilməyəcəm”. Culiya
inildədi.
Yenə də yeganə sığınacaq yeri teatr idi. Taleyin
istehzasıyla onun nə vaxtdan oynadığı bu pyesdə əsas
səhnə – uğuruna görə pyesin borclu olduğu səhnə – sev-
gililərin ayrılıq səhnəsiydi. Şübhəsiz, onlar ayrılmağa
məhkum idilər və pyesdə də Culiya ona doğma olan hər
şeyi – məhəbbətini, xoşbəxtlik arzularını vicdanına qur-
ban verir. Bu səhnə Culiyanı dərhal cəlb elədi. O, tama-
şanın bu yerində həmişə çox təsirliydi. İndi isə Culiya
bura ürəyinin əzabını da vermişdi: tamaşaçıların gözləri
qarşısında parçalanan ürək Culiyanın qəhrəmanının
ürəyi deyildi, Culiyanın öz ürəyi idi. Həyatda o, özünün
də bildiyi kimi gülməli görünən və ona layiq olmayan
ehtiras dolu bu hisslərini boğmaq istəyirdi, onun içində
bu cür təlatüm yaradan həmin o müdhiş cavanı, az da
olsa, fikrindən çıxarmaq üçün özünə zülm eləyirdi, am-
ma elə ki bu səhnəni oynamağa başlayırdı, ipdən açılan
kimi özünü tamam buraxırdı. Bu itki ona olmazın dərd
gətirmişdi və onun tərəf-müqabilinə ünvanladığı mə-
həbbət hələ də Toma qarşı hiss elədiyi həmin o ehtiraslı,
doymaq bilməyən məhəbbət idi. Pyesin qəhrəmanını
qarşıda gözləyən bomboz həyat onun öz həyatıydı.
Culiyaya elə gəlirdi ki, hələ bu vaxtacan belə möhtəşəm
oynamayıb. Heç olmasa, buna görə təskinlik tapırdı.
“İlahi, belə ifanın naminə bu əzabı çəkməyə dəyər”.
Hələ indiyəcən özünü rola bu qədər verməmişdi.
Bir, ya iki həftə sonra axşamlardan birində Culiya
hissləri canının suyunu çəkib çıxarsa da, tamaşadan
sonra dəfələrlə səhnəyə qaytarılmasına görə özünü qalib

215
   210   211   212   213   214   215   216   217   218   219   220