Page 219 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 219
Seçilmiş əsərləri
Maykl gülümsünüb:
– Ola bilər, – dedi, – amma fakt faktlığında qalır ki,
sən çox yaxşı aktrisasan.
– Mənə necə dözdüyünü təsəvvür belə eləyə
bilmirəm. Mən səninlə elə qəddar davranıram ki. Sən elə
yaxşısan ki, amma mən sənin bu səmimiyyətinin müqa-
bilində daşürəkli birisiyəm.
– Kifayətdi, əzizim, sonradan özün peşmançılığını
çəkəcəyin sözləri demə. Bax ha, qorx ki, sonra boynuna
minnət qoyaram.
Mayklın bu nəcibliyi Culiyanı təsirləndirdi və o, bu
illər uzunu ona belə pis münasibət göstərdiyinə görə
özünü bərk-bərk qınadı.
– Şükür ki, mənim Mayklım var. Sənsiz axı mən
neylərdim?
– Sən heç vaxt mənsiz olmayacaqsan.
Maykl onu bərk-bərk qucaqladı. Culiya hələ də
hıçqırsa da, yüngülləşmişdi.
– Səninlə indicə belə kobud danışdığıma görə məni
bağışla.
– Bu nə sözü, sevgilim.
– Sən, doğrudanmı, məni pis aktrisa hesab eləyir-
sən?
– Duze sənin atılan dırnağın ola bilməz.
– Sən, doğrudanmı, belə hesab eləyirsən? Öz burun
dəsmalını mənə ver. Sən Sara Bernarı görmüsən?
– Yox.
– O, səhnədə çox süni idi.
Onlar bir qədər vaxtlarını sükut içində keçirdilər.
Get-gedə Culiyanın ürəyi toxtayırdı. Özündə Maykla
qarşı məhəbbət dalğasının baş qaldırdığını hiss eləyirdi.
Nəhayət, astadan dilləndi:
– Sən hələ də İngiltərənin ən gözəl kişisisən. Və heç
kim məni bu fikirdən daşındıra bilməz.
Culiya gördü ki, o, qarnını yığıb buxağını gizlətdi.
Amma bu dəfə onun bu hərəkətindən xeyli təsirləndi.
219