Page 202 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 202
yam Somerset Moem
– Bəli.
Culiya nəinki şirin, lap şirəli təbəssümlə ona bax-
mağındaydı.
– Əgər orada mənim üçün bir rol tapılsaydı, sizinlə
eyni səhnəni bölüşməkdən hədsiz xoşbəxt olardım. Tə-
əssüf eləyirəm ki, mister Qosselin bu gün gələ bilməyib.
– Mən sizin barənizdə ona danışacam.
– Siz düşünürsünüz ki, mən ümid eləyə bilərəm?
Ah, əgər siz mənə görə ağız açsaydınız!
O, özünü tox tutsa da, Culiyada müəyyən təəssürat
oyatmaq üçün özünü az qala şəhərətrafı mülk sahibəsi
kimi aparsa da, həyəcanını gizləyə bilmədi. Culiya bir
anlıq fikrə dalıb yenidən gülümsədi:
– Müqayisədə mən ərimin məsləhətlərinə daha çox
qulaq asıram, – dedi.
Evis Krayton artıq üçüncü akt üçün əynini dəyişmə-
liydi. Culiya onun otağına çıxanda, xudahafizləşən za-
man Evis Kraytonun Toma tərəf atılmış sual işarəli
baxışlarını tutdu. Heç bir hərəkət-filan sezməsə də,
Culiya Tomun o sualı yüngülcə başını tərpətməklə ca-
vablandırdığına əmin idi. Bu an bütün hissləri gərilmişdi
və Culiya bu lal dialoqa dil verdi:
“Tamaşadan sonra mənimlə şam eləməyə gedəcək-
sənmi?”
“Yox, istəmirəm, hər şey cəhənnəm olsun. Culiyanı
evinə ötürmək lazımdı”.
Üçüncü aktı Culiya sərt baxışlarla izlədi ki, bu da
təbii idi. Çünki ciddi tamaşaydı. Tamaşa bitəndən və
həyəcan içində olan zavallı müəllif sonsuz pauzalarla və
duruxa-duruxa bir neçə münasib söz deyəndən sonra
Tom Culiyadan şamı harada etmək istədiyini soruşdu.
– Gedək, evdə baxarıq, – dedi. – Əgər acmısansa,
mətbəxdə sənin üçün bir şey tapılar.
– Ev deyəndə sən Stenxoup-pleysi nəzərdə tutur-
san?
202