Page 200 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 200
yam Somerset Moem

– Nə fikirdəsən?
– Gözəldi. Lap şəkil kimidi.
– Bunu özüm də bilirəm. Mən necə oynadığını
soruşuram. Mənimlə razısanmı ki, o, doğrudan da,
istedadlıdır?
– Hə, bacarığı var.
– Pərdə arxasına keçib bunu onun özünə deyə
bilərsən? Bu, onu çox ruhlandırar.
– Mən?
Nə xahiş elədiyini o, sadəcə, özü də dərk etmir.
İnanılmazdı! Culiya Lembert hansısa üçüncüdərəcəli bir
aktrisacığazı təbrik eləmək üçün pərdənin arxasına
keçməlidir!
– İkinci aktdan sonra səni yanına gətirəcəyimi ona
söz vermişəm. Hə, Culiya, adam ol. Bu, onu xoşbəxt elə-
yər.
(“Axmaq! Axmağın yekəsi! Yaxşı, bu sınaqdan da
çıxarıq”.)
– Əlbəttə, əgər fikirləşirsənsə, bunun onun üçün
nəsə bir əhəmiyyəti var, onda mən razı.
İkinci aktdan sonra onlar səhnə tərəfdən pərdənin
arxasına keçdilər. Tom Culiyanı Evis Kraytonun otağına
gətirdi. Buranı o, birinci aktda göründükləri həmin o
kifir qızla bölüşürdü. Tom onları bir-birinə təqdim etdi.
Evis yorğun əlini Culiyaya bir qədər etinasız uzatdı.
– Sizinlə tanış olmağıma çox şadam, miss Lembert.
Səliqəsizliyə görə üzr istəyirəm. Amma hansısa bircə
axşama görə buranı sahmana salmağın nə mənası.
Qəti həyəcan keçirmirdi, əksinə, hiss olunurdu ki,
özünə kifayət qədər arxayındı.
“Üzü üzlər görüb. Hiyləgərdi. Qarşımda polkovnik
qızı obrazını təsvir edir”.
– Bura gəlməklə mənə böyük iltifat göstərmisiz. Elə
bilirəm, pyes çox da maraqlı deyil, amma təzə-təzə
başlayanda nə versələr, almalı olursan. Bu pyesi mənə

200
   195   196   197   198   199   200   201   202   203   204   205