Page 197 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 197
Seçilmiş əsərləri
– Tomdan. O, onunla tanışdı. Deyir, istedadlı qızdı.
Bir həftədən sonra bazar günü tamaşasında çıxış edəcək.
Tom hesab eləyir ki, ona baxmağa dəyər.
– Nə olar, get bax.
– Mən qolf oynamaq üçün Senduiçə uik-endə ha-
zırlaşıram. Sən qəti getmək istəməzdin, hə? Pyes, yəqin
ki, zibildi, amma tamaşadan sonra rolu ona oxumağa ve-
rib-verməməyi özün müəyyənləşdirə biləcəksən. Tom
da səninlə gələcək.
Culiyanın ürəyi bərk-bərk döyündü.
– Təbii ki, gedərəm.
Bazar günü Culiya Toma zəng eləyib teatra getməz-
dən əvvəl öz evində qəlyanaltıya dəvət etdi. Tom Culiya
hazır olmadan gəlib çıxdı.
Qonaq otağına keçib soruşdu:
– Mən yubanmışam, yoxsa sən tələsmisən?
Culiya gördü ki, Tom səbrini güclə basıb. O, əsəbiy-
di, elə bil, iynə üstə oturmuşdu.
Tomun cavabı belə oldu:
– Üçüncü zəng düz səkkizdə çalınır. Teatra tamaşa
başlayandan sonra gəlib çatmaqdan zəhləm gedir.
Onun bu gərginliyi Culiyaya bilmək istədiklərini
büsbütün deyirdi. O, öz kokteylini içəndə qəti tələsmək
fikrində deyildi. Soruşdu:
– Oyununa baxmağa getdiyimiz aktrisanın adı
nədi?
– Evis Krayton. Onun barəsində sənin nə fikirdə
olduğunu bilmək mənim üçün dəhşətli dərəcədə maraq-
lıdır. Elə bilirəm, o, tapıntıdı. Bu gün gələcəyini bildiyinə
görə, yaman həyəcan keçirir. Amma mən ona dedim ki,
bunun üçün əsas yoxdu. Bazar günü tamaşalarının nə
olduğunu sən özün gözəl bilirsən: qaçaraq məşqlər, nə
bilim, nələr. Ona dedim ki, sən bütün bunları yaxşı anla-
yırsan və nəzərə alacaqsan.
Nahar zamanı Tom saata baxa-baxa qalmışdı.
Culiya kübar cəmiyyətə aid söhbətlərlə, guya, onun başı-
197