Page 194 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 194
yam Somerset Moem
Ümidsizlikdən, elə bil, cəsarətlənmişdi. Aydın
görünürdü ki, bu qısa çıxışını qabaqcadan hazırlayıb:
– Mən həmişə sizinlə dəhşətli qürur duymuşam,
miss Lembert. Həmişə deyirəm ki, siz İngiltərə səhnə-
sinin nəhəng aktrisasısınız. Mən dramatik sənətlər üzrə
Krallıq akademiyasında keçirdiyim illərlə müqayisədə
sizin özünüzdən daha artıq öyrənmişəm. Həyatımın ən
böyük arzusu, sizin teatrda oynamaqdı, miss Lembert.
Əgər siz mənə lap xırda bir rol verə bilsəydiniz! Bu,
mənim üçün elə böyük şansdı ki... Bunu ancaq arzula-
maq olar.
– Zəhmət olmasa, şlyapanızı çıxarın.
Cun Denver ucuz şlyapasını başından alıb cəld
hərəkətlə qısa kəsilmiş tellərini düzəltdi.
Culiya:
– Gözəl saçlardı, – dedi.
Culiya həmin o azca sınayıcı, amma həm də krali-
çanın təntənəli mərasimlərdə öz əyanlarına hədiyyə et-
diyi olduqca xoş təbəssümlə gözlərini Cuna zillədi.
Culiya dinib-danışmırdı. Janna Tebunun aforizmi həmi-
şə yadındaydı: “Əgər çox vacib deyilsə, pauza eləmə,
işdi əgər bu baş veribsə, onda nə qədər bacarırsan, uzat”.
Culiyaya elə gəldi ki, qızın ürəyinin döyüntüsü onun da
qulağına çatır, onun yumaq kimi o ucuz paltarına, hətta
öz dərisinə necə büzüşüb-yığıldığını gördü.
– Oğlumdan mənə zəmanət məktubu yazmağı
xahiş eləmək fikri haradan ağlınıza gəldi?
Qız elə qızardı ki, bu hətta boyanın altından da hiss
olundu. Və cavab verməzdən əvvəl əziyyət çəkə-çəkə
udqundu:
– Oğlunuzu tanışlarımdan birinin yanında görüb
sizinlə necə qürur duyduğumu ona dedim. O da qayıtdı
ki, ola bilsin, növbəti pyesdə mənim üçün nəsə tapıldı.
– Mən indi bütün rolları bir-bir fikrimdə çözələ-
yirəm.
194