Page 191 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 191
Seçilmiş əsərləri
əməlli-başlı keçinə bilər. Tom qılıqlı və ciddiydi, əyin-
başına çox yaxşı baxırdı, həmişə də səliqəli və təravətli
görkəmdəydi ki, bu da insanları cəlb eləyirdi. Üstəlik,
Tom onlara pullarını qənaət etməkdə də yardımçı olur-
du. Culiya Tomun can atdığı aləmə kifayət qədər bələd
idi və başa düşürdü ki, o, tezliklə orada özünə güclü
mövqe qazanacaq. Culiya onun o aləmdə rastlaşacağı
qadınların tamahkar olduqları qənaətindəydi, amma
onu qarmağına keçirməyə şad ola biləcək adlı-sanlı xa-
nımlardan birinin belə adı yadına düşmürdü. Onu sakit-
ləşdirən də elə bu idi: hamısı elə simiciydi ki, qışda
onlardan buz ala bilməzdin. Dolli deyirdi ki, o, ildə dörd yüz
funt qazanır. Bu pulla o aləmdə baş saxlaya bilmərsən.
Culiya Amerikaya getməkdən Tomla söhbətdən
xeyli əvvəl qəti imtina etmişdi. Hansı ki, o vaxt tamaşaçı
zalında adam əlindən tərpənmək mümkün deyildi.
Amma baxın, qəflətən Londonun bütün teatrlarında
tamaşaçı sarıdan bir qəribə süstlük yarandı. İnsanlar,
demək olar ki, teatrdan ayaqlarını kəsirlər və bu da, təbii
ki, yığıma öz təsirini göstərdi. Belə görünür ki, pyes,
doğrudan da, pasxadan o yana duruş gətirə bilməyəcək.
Onların ehtiyatda böyük ümid bəslədikləri yeni bir
pyesləri də var idi. “Bu zəmanə” adlı bu pyesin prem-
yerasını onlar bu payız eləmək istəyirdilər. Bu pyesdə
Culiya üçün çox gözəl bir rol var idi, amma ən gözəli bu
idi ki, nəhayət, Maykla da öz ampluasına uyğun rol
tapılmışdı. Belə pyeslər illərlə repertuarlardan silinmir-
lər. Bu tamaşanı mayda səhnələşdirmək ideyası Mayk-
lın o qədər də ürəyincə deyildi. Amma qabaqdan yay
gəlirdi və deməli, çıxış yolu yox idi. Odur ki, o, aktyor
heyətini yığmağa başladı.
Antrakt elan edildiyi günortalardan birində Evi
əlində kağız Culiyaya yaxınlaşdı.
Culiya heyrət içində Rocerin xəttini tanıdı.
“Əziz anam!
191