Page 187 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 187
Seçilmiş əsərləri

“Dublyor! Sən bir iştaha bax! Ay səni!”
Culiya öz dərdinə elə bürünmüşdü ki, Tomun
xəyanətinin ağrısını, demək olar ki, hiss eləmirdi. Culiya
əvvəllər də Tomun ona xəyanət etdiyinə əmin idi. Bu
yaşına, bu ehtirasına uyğun, üstəlik, Culiyanın da
sənətiylə bağlı çıxışlara, müxtəlif görüşlərə gedərək,
qeyb olmasından istifadə edib tələbatını ödəmək üçün
düşən imkanları o, şübhəsiz ki, boşa vermirdi. Culiya
hər şeyə göz yumurdu. Onun istədiyi az şey idi – bütün
bunlardan xəbərdar olmamaq. İndi o, ilk dəfəydi ki, fakt-
la üz-üzə qalmışdı.
“Bununla da barışmalı olacam. Pis odu ki, yalan
danışasan, özün də bilməyəsən ki, yalan danışırsan.
Axmaq olub axmaq olduğunu bilməməkdənsə, axmaq
olub axmaq olduğunu bilmək yaxşıdı”. Culiya dərindən
ah çəkdi. Fikirlər beynində bir-birini əvəz eləyirdi.

İYİRMİNCİ HİSSƏ

Milad bayramında Tom İstburna, valideynlərinin
yanına getdi. “Hədiyyələr günü1“ Culiyanın iki çıxışı var
idi. Odur ki, şəhərdə qalıb Yeni ili qarşılamaq üçün Dolli
de Frizin “Savoy”da təşkil etdiyi təntənəli şənliyə
getdilər. Bir neçə gündən sonra Rocer Vyanaya yollandı.
Oğlu Londonda olduğu müddətdə Culiya, demək olar
ki, Tomu görmədi. O heç Rocerdən Tomla şəhəri ələk-
vələk eləyəndə nə işlərdən çıxdıqlarını da soruşmurdu.
Çünki bilmək istəmirdi: bir şənliyi o birisiylə əvəzləyə-
əvəzləyə fikrini dağıdıb bu barədə düşüncələri bey-
nindən çıxarmağa çalışırdı. Və bu işdə də ona kömək
olurdu. Elə teatrın qapısından içəri keçməyə məəttəl idi,
ağrısı, qısqanclığı, özünü alçalmış kimi hiss eləməsi
səngiyib avazıyırdı. Elə bil o, krem şüşəsinin dibində yer

1 Hədiyyə günü – Miladda nökər-naibin hədiyyə aldığı ikinci gün

187
   182   183   184   185   186   187   188   189   190   191   192