Page 182 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 182
yam Somerset Moem
yarısıdı. Görəsən, Tom onun o çaldığı havaya oynadığını
deyəndə nəyi nəzərdə tuturmuş?
Bu, Culiyaya dərindən toxundu. Axmaq! Necə cürət
eləyib?! Buna görə nə deyəcəyini də bilmirdi. Onu
söymək istəyirdi, amma nə faydası? Onsuz da, o, boy-
nuna almayacaqdı. Culiyanın bir çıxış yolu qalırdı – sus-
maq. Culiya cızıqdan çox çıxmışdı: özü yıxılan ağlamaz,
hər şeyi olduğu kimi qəbul etməliydi. Həqiqətə göz
yummaq lazım deyil: Tom onu sevmir, yalnız bir səbəb-
dən onun məşuqu olub ki, öz şöhrətpərəstlik hisslərini
təmin edə, ən azı öz gözündə özünü böyük görə, ürəyinə
xoş gələn, amma aça bilmədiyi çox qapılardan onun
açarıyla keçə bilə.
“Əgər ağlım yerində olsaydı, onu atardım. Belə
demək asandı! Mən axı onu sevirəm”. Culiya əsəbi halda
gülümsədi.
Ən qəribəsi bu idi ki, öz ürəyinə baxanda o, qadın
Culiya Lemberti deyil, aktrisa Culiya Lemberti incitdi-
yinə görə hiddətləndiyini görürdü. O, mütəmadi hiss
eləyirdi ki, istedadı – tənqidçilər onu “dahi” adlandı-
rırdılar, amma bu, həddən ziyadə gurultulu söz idi,
bacarıqlı desəydilər, daha yaxşı çıxardı – özünün deyil,
hətta özü də istedadının deyil. Sadəcə, bu, Culiya Lem-
bertin özünüifadəsi üçün istifadə etdiyi nəsə kənar bir
şey idi. Bu, ona məlum olmayan elə bir mənəvi məkan,
haradasa yuxarıdan axıb içindən keçən elə bir işıq idi ki,
Culiya onun vasitəsilə qadir olmadıqlarını eləyirdi. O
özü gün-gündən qocalan adi, müəyyən qədər gözəgə-
limli bir qadın idi. Amma istedadının nə yaşı, nə də za-
hiri görünüşü var idi. O, onun üzərində skripkanın
üzərində gəzən barmaqlar kimi gəzirdi. Ona, o barmaq-
lara xilaf çıxmaq – Culiya ən çox özünə bunu bağışlaya
bilmirdi.
Culiya yuxuya getmək istədi. Günortalar yatmağa
elə öyrəncəliydi ki, elə yerinə girməyə məəttəl idi, dərhal
182