Page 181 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 181
Seçilmiş əsərləri

– Mən hələ sizə bir dəfə də yalan deməmişəm, Dolli,
hər şeyi yenidən başlamaq üçün mən artıq kifayət qədər
qocayam. Sizə söz deyirəm ki, Tom həmişə mənə ancaq
dost olub, başqa heç nə.

– Siz mənim ürəyimi yükdən azad etdiniz.
Culiya bilirdi ki, Dolli ona inanır və bu, Dolliyə də
məlum idi. Dolli davam elədi:
– İş ki belə oldu, onda Culiya, əzizim, öz nüfu-
zunuza görə ağılla hərəkət edin. Bu gənc insanla hara
gəldi getməyin. Atın onu.
– Olmaz. Onda belə çıxar ki, insanların bizim
barəmizdə ağızlarını boş qoyub danışdıqları doğruy-
muş. Mənim vicdanım təmizdi. Başımı dik tutmağa tam
haqqım var. Əgər hərəkətlərimdə mənim barəmdə kim-
lərinsə nələrsə fikirləşdiklərini əsas tutsam, öz-özümə
nifrət eləyərəm.
Dolli təzədən ayaqlarını ayaqqabısına keçirdi və
çantasından dodaq boyasını çıxarıb dodaqlarını boyadı.
– Neynək, əzizim, uşaq deyilsiz ki, nə elədiyinizi
bilməyəsiniz.
Onlar soyuq ayrıldılar.
Amma Dollinin dilindən çıxan iki, ya üç kəlmə
Culiya üçün daha ağır xəbər oldu. O kəlmələr heç cür
fikrindən çıxmırdı. Bir də ki, əgər şayiə həqiqətə bu
qədər yaxındısa, bu, hamını çaşqın vəziyyətdə qoya
bilər. Amma bütün bunların kimə nə dəxli? Dünyada
milyonlarla qadının məşuqu var və bu, kiminsə vecinə
deyil. Həm də o, aktrisadı. Və aktrisadan həya, ismət
mücəssəməsi olmağı gözləyən də yoxdu.
“Hər şeyə mənim lənətə gəlmiş o abır-həyam bais
olub. Səbəbkar bircə odur”.
Culiya heç bir qeybət təhlükəsi gözləməyən tam
fərqli – xeyirxah və mərhəmətli qadın kimi ad çıxar-
mışdı. İndi belə çıxırdı ki, bu ad öz əlləriylə hördüyü
türmə divarı kimi onun qarşısını kəsib. Bu hələ dərdin

181
   176   177   178   179   180   181   182   183   184   185   186