Page 178 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 178
yam Somerset Moem

– Demə, mənim barəmdə iyrənc şayiələr yayılıbmış.
Kimsə Maykla deyibmiş ki, bəs şəhərdə mənimlə yazıq
Tom Fennel haqqında çərənləyirlər.

Gözləri, hələ də özünün də yaxşı bildiyi kimi, Dol-
linin qarşısında tab gətirə bilmədiyi həmin füsunkar və
təsirli ifadəni saxlayırdı. Bununla yanaşı, Culiya həm də
qarşısındakını diqqətlə müşahidə edirdi. Amma nahaq
yerə. Dolli azca da diksinmədi, sifətinin bir əzələsi də
tərpənmədi.

– Maykla kim deyib?
– Təsəvvürüm belə yoxdu. Demir. Özünüz də bilir-
siz ki, o, özündən centlmen düzəldəndə nə görkəm alır.
Gözünəmi elə göründü, yoxsa, doğrudanmı, Dolli-
nin üzü yumşaldı?
– Mən həqiqəti bilməliyəm, Dolli.
– Mənə müraciət etdiyinizə görə çox şadam. Mən-
dən xahiş olunmasa, öz xoşuma nəyəsə müdaxilə elə-
məkdən zəndeyi-zəhləm gedir. Əgər bu söhbəti də
özünüz ortalığa atmasaydınız, dünya dağıla səsimi çıxa-
ran deyildim.
– Əzizim, sizin necə sədaqətli dost olduğunuzu
məndən yaxşı kim bilər axı?
Dolli ayaqqabılarını çıxarıb ağırlığı altında xırçılda-
yan kresloda yerini rahatladı. Culiya ondan gözünü
çəkmirdi.
– İnsanın yırtıcı məxluq olması, sizin üçün sirr deyil.
Siz həmişə səs-küysüz həyat tərzinə üstün vermisiniz,
harasa nadir hallarda çıxmısınız. O da ya Mayklla, ya da
Çarlz Temerliylə. Çarlz başqa söhbətdi, hamı bilir ki, o,
min illərdi sizdən ötrü dəli-divanədi. Təbii ki, qəflətən
durub durduğunuz yerdə sizin mühasibatlıq kitabça-
nızın qeydiyyatını aparan birisiylə, kontor xidmətçisiylə
əyləncəli yerlərdə peyda olmağınız hamını heyrətləndirib.
– Yox, heç də elə deyil. Tom kontor xidmətçisi deyil.
Atası ona pay alıb. O, azpaylı şəriklərdəndi.

178
   173   174   175   176   177   178   179   180   181   182   183