Page 175 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 175
Seçilmiş əsərləri

var, bu haqda da unutmaq olmaz. O elə əzab çəkəcək,
zavallı quzu, bütün bunlar ondan ötrü elə alçaldıcı ola-
caq ki. Onu da nəzərə almaq lazımdı ki, Culiya bu
yaşında iyirmi üçyaşlı bir gəncin ucbatından ailəsini
dağıtdığına görə axmaq yerində qalacaq. Əlbəttə, ağlı o
qədər çaşmayıb ki, Toma ərə gedə. Görən, Çarlz necə,
onunla evlənərmi? Culiya çevrilib bu yarımqaranlıqda
onun kübar profilinə baxdı. O artıq neçə illərdi ki, onu
dəlicəsinə sevən bu insan, qadınların çox asanca bar-
maqlarına doladıqları genişürəkli, nəcib maymaqlardan
birisidi. Onu nikahın pozulması zamanı məhkəmədə
Tomun əvəzinə tərəf kimi iştirak etməyə razı salmaq
çətin olmayacaq. Bu, çox gözəl çıxış yoludur. Ledi Çarlz
Temerli. Pis səslənmir. Ola bilsin o, həqiqətən də, bir
qədər başını itiribmiş. Həmişə Tomun yanına gedəndə
ehtiyat eləyirdi ki, onu görən olmasın. Amma ora getdiyi
və qayıtdığı zaman yolda sürücülərdən biri də onu
görüb, kim bilir, ağlına nələr gətirərdi. Belələrin bey-
nində ancaq ədəbsiz şeylər olur. Gecə klubları nəyinə
lazım idi? Tomla onları heç kəsin görə bilməyəcəyi
gözdən-qulaqdan uzaq sakit yerlərə sevinclə gedərdi,
amma o istəmirdi. O, qələbəlik olan yerləri xoşlayırdı,
istəyirdi ki, yüksək zümrənin arasında olsun, onlara
baxsın, özünü göstərsin. İstəyirdi, onları bir yerdə gör-
sünlər.

“Lənət şeytana! Lənət şeytana! Lənət şeytana!”
Hə, bu kino axşamı Culiya gözlədiyi qədər də xoş
keçmədi.

ON SƏKKİZİNCİ HİSSƏ

Səhəri gün Culiya Dollinin şəxsi aparatına zəng
etdi.

– Əzizim, sizi min ildi görmürəm. Bütün bu vaxtı
nə yeniliklər olub?

175
   170   171   172   173   174   175   176   177   178   179   180