Page 177 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 177
Seçilmiş əsərləri

dan – zooparkda heyvanlara necə baxırlarsa, həmin
maraqla – müşahidə eləyirdi və bu, Culiyada müəyyən
narahatlıq yaradırdı. İlk fürsət düşən kimi Culiya Dolli
üçün əvvəlcədən hazırladığı tilovu ortalığa atdı:

– Rocer, əzizim, sənin yazıq atanın bu axşam işi var.
“Palladium”un səkkizinci tamaşasına iki biletim var.
Tom da səni Kafe-Royyalda yeməyə dəvət eləmək istə-
yir.

Birdəqiqəlik sükutdan sonra Tomdan səs gəldi:
– Hə? Yaxşı.
Culiya Dolliya tərəf döndü:
– Yaxşı ki, bizim Tomumuz var. Roceri onunla hara
gəldi yollamaq olar. Onlar möhkəm dostdular.
Maykl çoxmənalı baxışlarını Dolliyə dikdi. Onun
gözündə iblislər oynaşdı:
– Tom çox qanacaqlı gəncdi, – dedi. – O, Roceri pis
yola düşməyə qoymaz.
Dollidən cavab gəldi:
– Amma mənə elə gəlir ki, Rocer üçün İtondakı
dostları ilə ünsiyyət daha maraqlıdır.
“Qoca camış, ay qoca camış!” Culiya ürəyində belə
dedi.
Lançdan sonra Culiya Dollini öz otağına çağırdı.
– Mən istirahət eləməliyəm. Uzanım, siz də məni
bütün xəbərlərdən agah eləyin. Doyunca qeybət eləyək.
İstədiyim ancaq budur.
O, əlini Dollinin kök bədəninə dolayıb nəvazişlə
üzüyuxarı gəzdirdi. Bir müddət oradan-buradan – pal-
tarlardan, qulluqçulardan, kosmetikadan çənə vurdular,
ümumi tanışlarının qeybətini qıldılar və nəhayət, Culiya
dirsəklənib baxışlarını Dollinin gözlərinə dikdi.
– Dolli, sizinlə bir söhbətim var. Mənə məsləhət
lazımdı, siz isə bu dünyada məsləhət üçün üz tutduğum
yeganə insansınız. Bilirəm, sizə etibar eləmək olar.
– Əlbəttə, əzizim.

177
   172   173   174   175   176   177   178   179   180   181   182