Page 174 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 174
yam Somerset Moem

kimiydi. Görünür, Mayklın sözləri onu həyəcanlan-
dırmışdı və indi oturub yalnız o barədə düşünürdü.
Bircə dəqiqəni necə oğurlayıb onunla təkbətək qalım? O,
Tomu sakitləşdirmək istəyirdi. Doğrusu, belə bir vəziy-
yətdən ondan savayı kim bu cür ustalıqla çıxa bilərdi?
Lovğalıq – özünə verdiyi dəqiq ad budur. Amma, hər
halda, maraqlıdır, görən, Dolli Maykla nə demişdi?
Öyrənmək lazım gələcək. Maykldan soruşmaq yaramaz,
onun bu sözlərə nədən belə əhəmiyyət verdiyi ərini
şübhələndirər. Dollinin özündən öyrənmək lazımdı. Bu
məqamda onunla küsüşməməlidir. Dolliyə hansı səh-
nəni göstərəcəyi gözünün qabağına gələndə Culiya
gülümsədi. O, həmin qoca camışla büsbütün zəriflik
mücəssəməsi kimi rəftar edəcək, böyrünə qısılıb hər şeyi
elə dartıb çıxaracaq ki, Culiyanın ona hiddətləndiyi
Dollinin ağlına belə gəlməyəcək. Hər halda, maraqlıdır...
Onun barəsində nələr çərənləyə biləcəyini düşünəndə
tükləri biz-biz oldu. Bir yandan baxanda əgər o da ürəyi
istəyəni eləməyəcəksə, bəs kim eləyəcək? Onun şəxsi
həyatının heç kəsə dəxli yoxdu. Amma insanlar onu
məsxərəyə qoymağa başlasalar, yaxşı şey gözləmə.
Maraqlıdır, əgər həqiqəti öyrənib bilsə, Maykl nə edə-
cək? Maykla onunla boşanıb, sadəcə, antrepreneri kimi
qalmağı o qədər də xoş gəlməyəcək. Ən ağıllı hərəkəti
hər şeyə göz yumması olardı, amma Maykl bəzi məsə-
lələrdə özünü çox qəribə aparır. Məsələn, bir də gö-
rürsən, durduğu yerdə atasının polkovnik olduğu
yadına düşür və özünü kim bilir, kim sayır. Qəflətən də
bir də gördün qayıdıb dedi ki, bəs hamısı cəhənnəm
olsun, mən centlmen hərəkəti eləməliyəm. Kişilər elə
axmaq məxluqlardı ki, hətta öz quyularına tüpürməyə
belə qadirdilər. Əlbəttə, o elə də dilxor olmayacaq. Qal-
maqal səngiyənəcən, bir, ya iki illiyə Amerikaya qastrola
yollanar, sonra da özünə yeni antreprener tapar. Amma
bu elə cansıxıcı işdi ki! Sonrasına qalanda, onların Roceri

174
   169   170   171   172   173   174   175   176   177   178   179