Page 170 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 170
yam Somerset Moem
başqa cür ola da bilməz. Demək istəyirəm, əgər o, qal-
maqallı eşq-macəralarını bir-birinin ardınca sıralasaydı,
indikinə fikir verən də olmazdı. Amma uzunillik nümu-
nəvi davranışdan sonra birdən-birə bu cür sürüşəsən...
Təbii ki, söz-söhbət başlamalıydı. Bu, teatrın zərərinə ola
bilər.
Maykl iti nəzərlərini ona dikdi.
– Nə demək istədiyinizi yaxşı anlayıram, Dolli. Sizin
sözlərinizdə nəsə var və yaranmış bu vəziyyətdə belə
danışmağa tam haqqınız çatır. Təzə başlayanda bizə o
qədər kömək etmisiz ki, indi sizi pis vəziyyətdə qoymaq
istəməzdim. Bilirsiniz nə təklif edirəm? Mən sizin
payınızı alıram.
Dolli dikəldi. Onun cəmi bir dəqiqə əvvəl dərddən
və həyəcandan əyilmiş sifəti daşa döndü. O, mat-məəttəl
qalmışdı. Maykl isə üyüdüb-tökürdü:
– Hara işarə etdiyinizi görürəm. Əgər Culiya bütün
gecəni, kim bilir, haralarda veyllənirsə, bu onun ifasına
təsir edəcək. Şəksiz-şübhəsiz belədi. Culiyanın qəribə
qadın pərəstişkarları var. Günorta tamaşalarına yaşlı
qadınlar dəstəylə gəlir. Çünki onlar Culiyanı ədəb-ərkan
gözləyən, özlərinə doğma qadın hesab eləyirlər. İnkar
eləmirəm, əgər onun adı dillərə düşsə, bu, yığıma da
təsir eləyə bilər. Mən Culiyanı kifayət qədər yaxşı tanı-
yıram. O, kiminsə onun həyatına qarışmasına imkan ve-
rən deyil. Mən onun əriyəm və bununla barışmalıyam.
Amma siz yox, nə qədər ki, müəssisə ayaq üstədi, əgər
çıxmaq istəsəniz, sizi qınamazdım.
Dolli ehtiyatlandı. O elə də axmaq deyildi, iş məsə-
ləsində isə Mayklla tən gələrdi. Hiddətdən ağlı yerinə
gəldi.
– Maykl, elə bilirdim, bu uzunillik tanışlıqdan sonra
siz məni daha yaxşı tanıyırsınız. Sizi xəbərdar eləməyi
özümə borc bildim, amma yadda saxlayın ki, taleyin
yazılarıyla məni qorxutmaq olmaz. Mən batan gəmini
170