Page 165 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 165
Seçilmiş əsərləri

də bilmədi. Aydın olan bir şey idi: barəsində nələr
danışıldığı Culiyanın təsəvvürünə belə gəlməz. Kimsə
bunu ona deməlidir. Dollinin buna cəsarəti çatmaz.
Hətta bu uzun tanışlıqdan sonra da Dolli ondan azca
çəkinirdi. Culiya təmkinli qadın idi, ara-sıra kəskin və
hətta kobud olsa belə, onu özündən çıxarmaq müşkül
məsələydi. Onun xasiyyətində bütün rəsmiyyətçilikdən
kənar bir məqam da var idi. Adama elə gəlirdi ki, onunla
çox dərinə getsə, sonda peşman olar. Amma nəsə eləmək
lazımdı axı! Dolli düz iki həftə həyəcanla götür-qoy
elədi. O, özünün sınmış qürurunu unudub, bu məsələ-
nin yalnız Culiyanın adına müsbət, ya mənfi təsir
göstərə biləcəyi nöqteyi-nəzərdən çözmək istəyirdi.
Nəhayət, belə nəticəyə gəldi ki, Culiya ilə Maykl
danışmalıdır. Məlum olduğu kimi, onun Maykldan heç
vaxt xoşu gəlməmişdi, amma bir halda ki, iş bu yerə
dirənib, o, Culiyanın əridi və Dollinin borcudur ki, nə
baş verdiyindən asılı olmayaraq, bunların qarşısını
almaq üçün əhvalatı məhz ona nəql etsin.

Dolli telefonda Mayklla danışıb görüşü teatra təyin
etdi. Doğrudur, səbəb başqa olsa da, Maykl özü də Dol-
lini elə özü qədər bəyənirdi və eşidəndə ki, onu görmək
istəyir, ürəyində onu söydü. Dollini heç cür öz payını
satmağa razı sala bilməməsi Mayklı özündən çıxarırdı
və onun hər təklifini qəbulolunmaz maneə sayırdı.

Amma bu dəfə Dollini öz kabinetinə ötürəndə
Maykl onu qolları açıq halda qarşılayıb hər iki yanağın-
dan öpdü.

– Rahat əyləşin, özünüzü evinizdəki kimi hiss
eləyin. Şirkətin sizin üçün dividentlər gətirib-gətirmə-
diyini yoxlamaq üçün bura baş çəkmisiniz?

Dolli de Frizin artıq altmış yaşı tamam olmuşdu.
Çox kökəlmişdi, iri burunlu və şişman qırmızı dodaqlı
sifəti olduğundan da iri görünürdü. Onun qara atlas
paltarında nəsə kişiyana biçimli cizgilər var idi, amma

165
   160   161   162   163   164   165   166   167   168   169   170