Page 166 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 166
yam Somerset Moem

boynundan iki nazik qat mirvari asılmışdı, bir iri bril-
yant qaş toqqasında, o biri şlyapasında bərq vururdu.
Qısa kəsilmiş saçları tünd-sarıyla rənglənmişdi. Dodaq-
ları və dırnaqları tünd-qırmızı rəngdəydi. O, ucadan,
aşağı boğaz səsiylə danışırdı, qızışanda sözlər bir-birinə
yol vermirdi və bu zaman onun kokni ləhcəsi az da olsa,
hiss olunurdu.

– Maykl, mən Culiyadan çox narahatam.
Maykl – o əbədi nöqsansız centlmen azca qaşlarını
qaldırıb nazik dodaqlarını sıxdı. O, öz arvadını hətta
Dolliylə belə müzakirəyə çıxarmaq niyyətində deyildi.
– Mənə elə gəlir ki, o, çox dərinə gedir.Bilmirəm,
ona nə olub. Aludə olduğu bütün bu şənliklər... Gecə
klubları, nə bilim nələr... Bir də ki, o elə cavan deyil axı,
yorulub üzülə bilər.
– Boş şeydi. O, çox gümrahdı, lap top kimidi, özünü
də əla hiss eləyir. Çoxdandı belə cavan görünmürdü.
Doğrudanmı, işini qurtarandan sonra bir azca şənlən-
məyi ona çox görürsünüz? İndi oynadığı rol onu ondan
bütünlüklə almır. Çox şadam ki, Culiyanın əylənməyə
də vaxtı qalır. Elə bu özü onun gücünə bir işarədi.
– Əvvəllər heç vaxt o, belə şeylərlə məşğul olmayıb.
Doğrudan da qəribədi, nədən onda birdən-birə gecəya-
rıyadək rəqs eləmək həvəsi oyandı, özü də elə boğanaq
yerlərdə?
– Bu, onun üçün cismən yeganə istirahətdi.
Gözləməli deyiləm ki, əyninə şort keçirib mənimlə birgə
parkboyu qaçsın.
– Fikrimcə, artıq onun barəsində şayiələrin
gəzdiyini bilməyiniz pis olmaz. Bu, onun adına böyük
zərbə ola bilər.
– Lənət şeytana, siz bununla nə demək istəyirsiniz?
– Sadəcə, onun yaşda bir qadının hər yerə cavan
oğlanla getməsi düzgün deyil. Bu, təbii ki, hamının gö-
zünə girir.

166
   161   162   163   164   165   166   167   168   169   170   171