Page 171 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 171
Seçilmiş əsərləri

tərk edənlərdən deyiləm. Həm də özümdə cəsarət tapıb
deyə bilərəm ki, sizlə müqayisədə mənim pul itirməyim
elə də böyük faciə deyil.

Dolli böyük məmnunluqla Mayklın sifətinin necə
uzandığını müşahidə etdi. O, pulun Maykldan ötrü əhə-
miyyətini yaxşı bilirdi və ümid edirdi ki, bu sözlər onun
beyninə əbədi həkk olacaq. Maykl tez özünü cəmlədi.

– Neynək, bir də fikirləşərsiniz, Dolli.
Dolli çantasını aldı və onlar bir-birlərinə qarşılıqlı
eşq izhar eləməklə və uğur diləməklə ayrıldılar.
Dollinin arxasınca qapı ötrüləndə Maykl:
– Qoca ifritə, – dedi.
Liftlə düşən Dollinin sözü isə bu oldu:
– Qoca eşşək!
Amma özünün çox yaraşıqlı və çox bahalı limu-
zininə əyləşib Montegyu-skverə, öz evinə qayıdanda acı
və isti göz yaşlarını saxlaya bilmədi. Dolli özünü qoca,
tənha və bədbəxt hiss eləyirdi. O, ümidsizcəsinə qıs-
qanırdı.

ON YEDDİNCİ HİSSƏ

Maykl öz yumor hissiylə qürrələnirdi. Dolliylə
söhbətin səhəri, bazar gününün axşamı Maykl Culiyanın
otağına keçəndə o, əynini geyinirdi. Erkən şam yemə-
yindən sonra kinoya getməyə hazırlaşırdılar.

Maykl soruşdu:
– Çarlzdan başqa kim olacaq?
– Heç kimi tapa bilmədiyimə görə Tomu çağırdım.
– Əla. Elə onu görmək istəyirdim.
Maykl onlar üçün hazırladığı zarafatı yadına salıb
güldü. Culiya onu gözləyən gecənin ovsununda idi. Ki-
no zalında o, Çarlzla Tomun arasında oturacaq və asta-
dan Çarlzla pıçıldaşan vaxt Tom onun əllərini əllərindən
buraxmayacaq. Əzizi Çarlzın bütün bu illər uzunu onu

171
   166   167   168   169   170   171   172   173   174   175   176