Page 167 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 167
Seçilmiş əsərləri

Maykl bir dəqiqə Dolliyə matdım-matdım baxıb
qaldı, sözlərinin mənası, nəhayət, ona çatanda ucadan
qəhqəhə çəkdi.

– Tomla? Səfeh-səfeh danışmayın, Dolli.
– Bu, səfehlik deyil. Mən nə danışdığımı bilirəm.
Culiya kimi tanınmış bir qadın əgər hər dəfə eyni kişiylə
görünürsə, adamların ağzının qıfılı açılır.
– Amma Tom axı eynən onun kimi mənim də dos-
tumdu. Siz özünüz də gözəl bilirsiz ki, mən Culiyanı
rəqsə apara bilmirəm. İşdən əvvəl öz rejimimi çatdırmaq
üçün hər səhər düz saat səkkizdə yerimdən qalxma-
lıyam. Hesab eləyirəm ki, teatrda keçirdiyim bu otuz ildə
insan adlı məxluqatdan baş açmağı az-çox öyrənə
bilmişəm. Tom tipik ingilis gəncidi – saf, vicdanlı, hətta,
demək olar, özünə görə bir centlmendi. Mübahisə elə-
mirəm, o, Culiyaya heyrandı. Onun yaşında olan oğlan-
lar çox vaxt özlərindən yaşlı qadına vurulduqlarını hiss
edirlər. Çətin ki, bu, ona ziyan gətirə, əksinə, yalnız xeyi-
rinə olacaq. Amma Culiyanın buna ciddi yanaşdığını tə-
səvvür eləmək...Mənim zavallı Dollim, güldürməyin
məni!
– O, görməmişin, əttökənin, qabanın birisidi. Həm
də özünü yüksək zümrəyə sırımaq üçün dəridən-qabıq-
dan çıxır.
– Əgər belədisə, Culiyanın ona meyil etməsi sizə
qəribədən də qəribə gəlmirmi?
– Qadının nəyə qadir olduğunu yalnız qadın bilər.
– Pis replika deyil, Dolli. Növbəti pyesi yazmağı
sizə sifariş edərik. Gəl hər şeyi sonacan aydınlaşdıraq.
Siz əlinizi ürəyinizin üstünə qoyub Tomla Culiya ara-
sında eşq yaşandığını təsdiqləyə bilərsinizmi?
Dolli Mayklın üzünə baxdı. Dollinin gözlərindən
əzab boylanırdı. Doğrusu, əvvəllər Culiya barəsində ona
danışılanları yalnız təbəssümlə dinləsə də, get-gedə onu
daha artıq üstələyən şübhələrin ağırlığı altında tab gətirə

167
   162   163   164   165   166   167   168   169   170   171   172