Page 169 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 169
Seçilmiş əsərləri

bunu qəbulolunmaz səhv hesab eləmişəm. Amma dü-
zünü desəm, Culiya barədə siz ən əsas şeyi bilmirsiniz.
Cismani məhəbbət ondan ötrü əhəmiyyətsiz bir şeydi.
Doğrusu, biz təzə evlənəndə başqa məsələ. Özü də sizə
etiraf edə bilərəm ki, – amma bütün bunlar keçmişdə
qalıb – o dövrlər mənə elə də asan olmadı. Demək istə-
mirəm ki, o, nimfoman, yaxud ona oxşar nəsə bir şey idi,
amma hərdən adamın lap canını alırdı. Yataq, əlbəttə,
özünə görə elə də pis yer deyil, amma dünyada axı xeyli
başqa yerlər də var. Xoşbəxtlikdən, Rocer dünyaya gə-
ləndən sonra o, xeyli dəyişdi, həddini, ölçüsünü bildi.
Onun bütün instinktlərini aktrisalığı tamam uddu. Siz
Freydi oxumusunuz, Dolli. Belə hallara o, nə ad verir?

– Ah, Maykl, mənim Freydlik halım var?!
– Sublimasiya deyir, bax belə. Mən həmişə elə dü-
şünürəm ki, bax, elə buna görə də o, belə gözəl aktrisa
oldu. Aktyorluq səndən bütün vaxtını tələb edən bir sə-
nətdi və əgər bu işdə nəyəsə nail olmaq istəyirsənsə,
özünü büsbütün qurban verməlisən. Məni bizim pub-
lika, sadəcə, hiddətləndirir. Onlar elə düşünürlər ki, ak-
tyorlar, aktrisalar, kim bilir, nəylə məşğuldular. Axı
onların buna vaxtları nə gəzir.
Mayklın sözləri Dollini elə özündən çıxardı ki, o
özünü ələ aldı.
– Amma Maykl, lap tutaq ki, biz sizinlə Culiyanın
pis bir iş tutmadığını bilsək də, hər halda, onun dəyəri
qara qəpiyə dəyməyən bu oğlan uşağıyla hər yeri ələk-
vələk eləməsi adına xələl gətirir. Dərinə getsək, nümu-
nəvi ailə həyatınız həmişə sizi başqalarından fərqləndirən
əsas üstünlüyünüz idi. Hamı sizə hörmət eləyirdi. Sizin
necə sədaqətli və mehriban cütlük olmağınız tamaşa-
çılara da xoş idi.
– Lənət şeytana, biz olduğumuz kimi də qalırıq!
Dollinin səbri tükənməyə başladı.
– Sizə deyirəm, şəhəri şayiələr bürüyüb. Siz ki
axmaq deyilsiniz. Doğrudanmı, başa düşmürsünüz ki,

169
   164   165   166   167   168   169   170   171   172   173   174