Page 180 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 180
yam Somerset Moem

– İyirmi beş yaş, – dedi. – Mən də ciddi baxmırdım.
Amma, təəssüf ki, Tom o qədər də ehtiyatlı deyil.

– Nə demək istəyirsiniz?
– Demək istəyirəm ki, o, Evis Kraytona sizin yeni
pyesinizdə rol alacağına söz verib.
– Bu Evis Krayton haradan çıxdı?
– Mənim tanışımdı, bir gənc aktrisadı, gözəlliyi lap
şəkil kimidi.
– O, sadəcə, ağıldan kəm bir oğlandı. Doğrudur,
ümid eləyir ki, Mayklın saqqızını oğurlaya biləcək.
Mayklın gəncliyi necə sevdiyini siz yaxşı bilirsiniz.
– Xeyr, o məhz sizi deyir. Deyir, istədiyi hər şeyi
sizə elətdirə bilər. Deyir, siz o çalan havaya oynayırsınız.
Xoşbəxtlikdən, Culiya yaxşı aktrisaydı. Bir anlığa
ürəyinin döyüntüsü dayandı. O, necə belə deyə bilərdi?
Axmaq. Axmağın yekəsi! Amma dərhal özünü cəmləyib
güldü:
– Boş söhbətdi! Mən bir sözə də inanmıram.
– O çox adi, qaba bir gəncdi. Siz onun yadına belə
düşmüsüz. Odur ki, onun başının gicəllənməsində təəc-
cüblənəsi bir şey yoxdu.
Culiya sadəlövhcəsinə gülümsəyib günahsız nəzər-
lərini Dolliyə dikdi.
– Amma, əzizim, ümid eləyirəm siz Tomu mənim
məşuqum qiyafəsində görmürsünüz.
– Hətta görməsəm belə, mən bu fikirdə olan yeganə
insanam.
– Hə, ya yox?
Dolli susurdu. Bir dəqiqə gözlərini qırpmadan bir-
birlərinə baxdılar. Hər ikisinin ürəyi nifrət alovuna bü-
rünmüşdü, amma Culiya əvvəlki kimi gülümsəyirdi.
– Əgər belə olmadığına and içsəniz, əlbəttə, mən
sizə inanaram.
Culiyanın səsi həzinləşdi, gümrahlaşdı, qəti süni ol-
mayan bir səmimiyyət aldı.

180
   175   176   177   178   179   180   181   182   183   184   185