Page 185 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 185
Seçilmiş əsərləri
Culiyanı qəhər boğdu, gözləri yaşla doldu və ya-
naqlarıyla sel kimi axdı.
– Anacan, sənə nə oldu? Niyə ağlayırsan?
– Sən axı hələ lap uşaqsan!
Rocer ona yaxınlaşdı, çarpayının qırağında əyləşib
bərk-bərk qucaqladı.
– Anacan, sənə nə oldu axı! Yaxşı, yaxşı, ağlama.
Bilsəydim halın belə dəyişəcək, sənə heç nə deməzdim.
Bir də ki, onsuz da, gec-tez bu baş verməliydi.
– Amma belə tez... Belə tez! İndi mən özümü tamam
qoca hiss eləyirəm.
– Sən – qoca?! Bircə belə demə, anacan... “İllər ona
hökm edə bilməz. Dəyişə-dəyişə əbədiyyətəcən dəyiş-
məz” (Uilyam Şekspir, “Sezar və Kleopatra”).
Culiya göz yaşları içində gülümsədi.
– Axmaqsan, Rocer. Elə bilirsən, o qoca eşşəyin
onun haqqında dedikləri Kleopatraya xoş gələrdi? Sən
bir az da gözləyə bilərdin.
– Yaxşı ki, gözləməmişəm. İndi hər şeyi bilirəm.
Doğrusunu desəm, bu, iyrənc bir şeydi.
Culiya dərindən köks ötürdü. Rocerin onu belə
nəvazişlə qucaqlaması onu sevindirirdi, amma özünə
dəhşətli yazığı gəlirdi.
Rocer soruşdu.
– Əziz anam, sən mənə hirslənirsən?
– Hirslənirəm? Yox. Amma əgər bu, onsuz da, baş
verməliydisə, istəyərdim, belə nasiranə olmasın. Sən bu
haqda eynən hansısa bir maraqlı elmi təcrübədən
danışılan kimi danışırsan, nə az, nə də çox.
– Əslində, elə də oldu.
Culiya oğluna xəfifcə gülümsədi.
– Sən, həqiqətənmi, bunu məhəbbət hesab eləyir-
sən?
– Çoxu belə fikirləşir, məgər elə deyil?
– Elə deyil, qəti elə deyil! Məhəbbət bilirsən nədi?
Ağrı və əzab, həya, heyrət, cənnət və cəhənnəm, adi
185