Page 186 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 186
yam Somerset Moem
hisslərinlə müqayisədə yüz dəfə gərginləşmək hissi, iza-
holunmaz qüssə, azadlıq və köləlik, rahatlıq və həyəcan.
Onu dinləyən Rocerin bu lal sükutunda elə bir şey
var idi ki, Culiyanı istər-istəməz oğluna baxmağa məc-
bur elədi. Rocerin gözlərində qəribə ifadə var idi. Culiya
o ifadəni oxuya bilmirdi. Elə bil, Rocer uzaqdan axıb
gələn səslərə qulaq asırdı.
Rocer mızıldandı:
– Elə də şən səslənmir.
Culiya Rocerin sifətini zərif dərili ovucları arasına
salıb dodaqlarından öpdü.
– Mən axmağam, hə? Hələ də sənə baxanda bir
vaxtlar qucağımda saxladığım o körpəni görürəm.
Rocerin gözlərində hiyləgər təbəssüm göründü.
– Nəyə gülürsən, balaca?
– Yaman yaxşı fotoydu, hə?
Culiya gülməkdən özünü saxlaya bilmədi.
– Donuz balası. Murdar donuz balası.
– Qulaq as, Cunun işini neyləyək? Dublyor olmağa
onun ümidi varmı?
– Deyərsən, bir gün yanıma gəlsin.
Rocer gedəndən sonra Culiya dərindən nəfəs aldı.
O əzilmişdi, özünü çox tənha hiss eləyirdi. Həyatı hə-
mişə o qədər maraqlı və gərgin keçmişdi ki, oğluyla
məşğul olmağa, sadəcə, vaxtı olmamışdı.
Əlbəttə, oğlu göyöskürək keçirəndə, yaxud xanazıra
tutulanda dəhşətli həyəcanlanmışdı. Amma belə götü-
rəndə Rocer sağlam uşaq idi və onun fikrini o qədər
məşğul eləmirdi. Oğlu isə, əgər Culiyanın onunla oyna-
mağa həvəsi olurdusa, həmişə qulluğunda hazır idi. Cu-
liya həmişə düşünürdü ki, Rocer böyüyüb onunla
fikirlərini bölüşəndə o necə də xoşbəxt olacaq. Doğrusu,
oğluna heç vaxt əməlli-başlı yiyə durmasa da, indi onu
itirdiyi Culiya üçün ağır zərbə oldu. Oğlunu ondan
oğurlayan o qız barədə düşünəndə Culiyanın dodaqları
əsdi.
186