Page 192 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 192
yam Somerset Moem
İcazə ver, sənə haqqında danışdığım miss Cun Den-
veri təqdim edim. O, dəhşətli yanğıyla “Siddons-teatr”a
düşmək istəyir və əgər sən onu ən xırda rola dublyor
götürsən, çox xoşbəxt olar”.
Culiya bu kağız parçasındakı rəsmiyyətə gülüm-
sədi, ona ləzzət eləyən oğlunun daha böyüyüb dost-
tanışına iş düzəltməsi idi. Və qəflətən Cun Denverin
kimliyini xatırladı. Cun və Cil. Roceri yoldan çıxaran hə-
min qız. Culiya üzünü turşutdu. Ona baxmaq maraqlı
olardı.
– Corc hələ getməyib ki?
Corc onların dalandarı idi. Evi başını tərpədib qapı-
nı açdı.
– Corc!
O, içəri keçdi.
– Məktub gətirən o xanım hələ buradadı?
– Bəli, miss.
– Deyin ki, mən onu tamaşadan sonra qəbul eləyə-
cəm.
Axırıncı hissədə Culiya ziyafət libasında peyda olur.
Libas gözəgəlimliydi və onun cazibədar bədənini gözəl
təqdim edirdi. Qara saçlarında brilyant diadema, əllə-
rində isə brilyant qolbağı bərq vururdu. Həqiqətən də,
roluna uyğun əzəmətli görkəm. Culiya Cun Denveri
alqışlar bitən kimi qəbul etdi. O, bir göz qırpımındaca
göydən yerə, həyata enməyi bacarırdı, amma indi Culiya
özünə əziyyət verib dəyişmək istəmədi, odur ki, elə pye-
sinin o soyuq, əzəmətli, həm də cılız qəhrəmanını təsvir
eləməkdə davam etdi.
– Mən, onsuz da, sizi çox gözlətdim, qərara aldım
ki, görüşümüzü uzatmayım, əynimi sonra dəyişərəm.
Culiyanın al-qırmızı dodaqlarına şahzadə təbəssü-
mü qonmuşdu, səsində istehza dolu ahəng Culiya ilə o
gələn qızın arasındakı məsafədən xəbər verirdi. İlk ba-
xışdanca onda odasına girən qızın kimliyi barədə
192