Page 199 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 199
Seçilmiş əsərləri

adamı havalandıran bir ləngliklə içməyə başladı. Onlar
gəlib maşına oturanacan Tom artıq yüngülvari dəlilik
həddinə çatmışdı və bütün yolboyu mısmırığını sallayıb
Culiyaya gözünün qırağıyla da baxmadı. Onlar teatra
gəlib çatanda pərdələrin qalxmasına cəmi iki dəqiqə
qalırdı. Culiya zalda peyda olan kimi alqış sədaları gəldi.
Culiya narahatlığa görə əyləşənlərdən üzr istəyə-istəyə
parterin ortasındakı yerinə gəldi. Üzündəki yüngül
təbəssümü tamaşaya özünü düz vaxtında çatdırdığına
görə, publikanın onu alqışlarla salamlamasına təşəkkü-
rün ifadəsi idi, amma yerə dikilən baxışlar bütün bu
mənzərənin ona nəsə bir aidiyyəti olduğunu təvazö-
karlıqla inkar eləyirdi.

Pərdə qalxdı və qısa giriş səhnəsindən sonra iki qız
peyda oldu – biri çox yaxşı və cavan, o biri nə elə yaxşı,
nə də elə cavan. Bir dəqiqədən sonra Culiya Toma sarı
döndü:

– Onlardan hansı Evis Kraytondu – o cavan, yoxsa
o biri?

– Cavan.
– Hə, əlbəttə, sən axı onun sarışın olduğunu demiş-
din.
Culiya ona baxdı. Tomun eyni açılmışdı, dodaq-
larına məmnunluq ifadə edən təbəssüm qonmuşdu.
Culiya bütün diqqətini səhnəyə yönəltdi. Doğrudan da,
Evis Kraytonun yaraşığına söz ola bilməzdi: gözəl qızılı
saçlar, ifadəli mavi gözlər, balaca düz burun. Amma
Culiya belə qadınları xoşlamırdı. Onlar barədə qənaəti
beləydi:
“Belə də, adi xor qızı”.
Bir neçə dəqiqə çox diqqətlə onun oyununu izlədi,
sonra yüngül ahla kresloya yayxandı.
“Qəti oynaya bilmir”. Hökmü belə oldu.
Pərdə enəndə Tom sonsuz bir maraqla ona sarı
döndü. Bayaqkı o pis əhvali-ruhiyyəsi yerli-dibli yox
olmuşdu.

199
   194   195   196   197   198   199   200   201   202   203   204