Page 198 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 198
yam Somerset Moem

nı qatırdı. Bir mövzudan başlayıb, o birinə keçirdi, am-
ma Tomun qulağı başqa yerdəydi. Fürsət düşən kimi
söhbəti təzədən Evis Kraytonun üstünə gətirib çıxardı.

Tom teatrlarında səhnə quruluşu verilməzdən öncə
oxuduğu bütün pyeslər kimi “Bu zəmanə” ilə də tanış idi:

– Əlbəttə, ağzımdan bir söz qaçırmamışam, amma,
məncə, o, Onor roluna yarayar. O hətta deyərdim, bu rol
üçün doğulub. Ayağa qalxmaq üçün çox mübarizələr-
dən keçib və əlbəttə, bu, onun üçün göydəndüşmə fur-
sətdi. O, sənə ağlasığmaz dərəcədə heyrandı, səninlə bir
səhnəni bölüşmək ən böyük arzusudur.

– Burada təəccüblü bir şey yoxdu. Bu o deməkdi ki,
ən uzağı bir il səhnədəsən və qəflətən özünü bir dəstə
antreprenerə göstərmək imkanı qazanırsan.

– O, çox işıqlı sarışındı. Elə bizə də bu lazımdı. On-
dan sənə çox yaxşı kölgə olar.

– Sulu peroksidin canı sağ olsun, səhnədə sarışın
əlindən tərpənmək olmur.

– Amma o, təbii sarışındı.
– Eləmi? Bu gün Rocerdən ətraflı bir məktub almı-
şam. Deyəsən, orada vaxtını əla keçirir.
Tomda bu söhbətə qəti maraq yox idi. Kofe gələndə
saata baxdı. Culiya dedi ki, içiləsi deyil, ona görə də gös-
təriş verdi, başqasını, təzəsini hazırlasınlar.
– Ah, Culiya lazım deyil. Biz gecikirik.
– Nə fərqi var axı, bir-iki dəqiqəni buraxsaq, dünya
dağılmaycaq ki.
Tomun səsindən əzab boylanırdı.
– Mən axı ona vaxtında gələcəyimizə söz vermişəm.
Təxminən, lap əvvəldə onun bir yaxşı səhnəsi var.
– Çox təəssüf eləyirəm, amma kofeni içməmiş gedə
bilmərəm.
Kofeni gözlədikləri müddətdə Culiya dil-boğaza
qoymurdu. Tom zorla cavab verirdi və səbirsiz baxışları
qapıda qalmışdı. Nəhayət, kofe gəlib çıxanda Culiya onu

198
   193   194   195   196   197   198   199   200   201   202   203