Page 234 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 234
yam Somerset Moem
müddətdə ağ atlasın üzərində dayandı. Bu paltar hara-
dasa onun Çarlz qarşısında uzunillik günahını yumaq
üçün incə bir işarə idi. Culiya bir sap mirvaridən və bril-
yant qolbağdan savayı, üstünə heç bir zinyət əşyası tax-
madı; nişan üzüyü olan barmağında başqa bir brilyant
üzük də parıldayırdı. Dəriyə gündə yanmış rəngi verən
pudranı üzünə vurmaq istədi. Bu həm onu cavan gös-
tərər, həm də ona çox yaraşırdı. Amma qarşıda onu nə
gözlədiyi yadına düşəndə bu fikirlərdən vaz keçdi. O,
Otellonu oynamaq üçün ayaqdan başacan qaralan akt-
yorlar kimi özünü büsbütün süni günəşlə yandıra bil-
məzdi axı. Həmişə olduğu kimi, dəqiqliyi sevən Culiya
holla qapıçının giriş qapısını Çarlz Temerlinin qarşısında
taybatay açan an düşdü. Culiya onu bir az naz, bir az bic
heyranlıq və bir az da intimlik qatılmış baxışlarla salam-
ladı. Çarlz artıq seyrəlmiş saçlarını indi uzun saxlayırdı.
İllər onun ziyalı, kübar simasına da əl gəzdirmişdi: ya-
naqları azca sallanmışdı, qaməti əyilmişdi, kostyum əy-
nində çoxdan bəri ütüyə həsrət qalmış kimi görünürdü.
“Qəribə həyatdı. Aktyorlar centlmen kimi görün-
məkdən ötrü dəridən-qabıqdan çıxırlar, amma centl-
menlər istəyirlər ki, aktyorlar kimi görünsünlər”. Culiya
belə düşündü.
Culiyanın lazımi effekt yaratdığına şübhə yox idi.
Çarlz başlanğıc üçün vacib olan atmacanı atdı. O soruş-
du:
– Bu gün nədən belə füsunkarsız?
– Çünki üzümə görüşümüzün sevinci qonub.
Culiya özünün gözəl gözlərinin ifadəli baxışlarıyla
Çarlza dərindən nəzər saldı. Romninin1 fırçasından
çıxan ledi Hamilton portretində olduğu kimi, azca
dodaqlarını araladı. Bu, onu çox cəzbedici göstərirdi.
Onlar “Savoy”da nahar elədilər. Metrdotel onlara
stolu çıxışa yaxın yerdə verdiyindən hamının gözü qaba-
ğındaydılar. İmkanlı insanların əksəriyyətinin indi şəhər
1 Romni – Corc Romni, ingilis rəssam (1734-1802)
234