Page 239 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 239
Seçilmiş əsərləri

Amma indi bu vərdiş ona düşünmək üçün vaxt
verirdi. Culiya gözlərini də qırpmadan yanmayan soba-
ya baxa-baxa qalmışdı. Kənardan baxana elə gəlirdi ki,
o, həmin şeirin gözəlliyinin ovsununa düşüb. Çarlz, sa-
dəcə, heç nə anlamadı, bunu görmək heç də çətin de-
yildi. Bir də ki, burada təəccüblü nə var? İyirmi il Culiya
onun ehtiraslı yalvarışlarına qarşı kar olmuşdu və təbii
ki, Çarlz da onun bütün cəhdlərinin artıq əbəs olduğunu
dərk etmişdi. Bu hardasa, Everesti fəth etmək misalına
bənzəyirdi. Məsələn, əgər uzun illər məşəqqətli cəhd-
lərlə Everestin zirvəsini fəth etmək istəyən cəsur alpi-
nistlər qəflətən ora aparan asma nərdivan görsəydilər,
qarşılarındakının tələ olduğu qənaətinə gələrdilər. Culi-
ya hiss elədi ki, bir xeyli məsələlərə nöqtə qoymaq za-
manı yetişib. O, necə deyərlər, suda boğulana əl
uzatmalıydı.

Culiya astadan:
– Artıq gecdi, – dedi. – Mən evə gedim. Amma əv-
vəlcə təzə aldığınız şəkli göstərin.
Çarlz ayağa duranda Culiya divandan qalxmasına
kömək eləmək üçün hər iki əlini ona uzatdı. Onlar
yuxarı qalxdılar. Çarlzın səliqəylə qatlanmış xalatıyla
pijaması stulun başındaydı.
– Siz subaylar özünüzə yaman qulluq eləyirsiz.
Necə də rahat, yaraşıqlı yataq otağınız var.
Çarlz çərçivəyə salınmış şəkli divardan işığa tərəf
gətirdi. Bu, ləçəkdə və enli ətəkli, yaxası açıq paltarda
olan kök bir qadının karandaşla çəkilən şəkliydi. Qadın
Culiyanın gözünə kifir, don gülməli göründü. Culiya
ucadan:
– Qiyamətdi, – dedi.
– Bilirdim ki, xoşunuza gələcək. Yaxşı şəkildi,
eləmi?
– Heyrətamizdi.
Çarlz şəkli qaytarıb mıxdan asdı. Təzədən Culiyaya
sarı dönəndə gördü ki, o, çarpayının yanında xacənin

239
   234   235   236   237   238   239   240   241   242   243   244