Page 240 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 240
yam Somerset Moem
qiymət vermək üçün baş vəzirin yanına gətirdiyi kəniz
kimi dayanıb. Onun bu duruşunda valehedici bir tərəd-
düd var idi. Elə bil, özünü bu saatca arxasıüstə çarpayıya
yıxmağa hazır dayanmışdı, amma bununla yanaşı, həm
də, elə bil, kraliçalığın astanasında dayanan bakirə qız
idi. Culiya dərindən ah çəkdi.
– Əzizim, necə də gözəl gecə idi. Mən hələ bu vax-
tacan özümü sizə belə yaxın hiss eləməmişdim.
Culiya əlini ağır-ağır arxadan gətirib özünün ana-
dangəlmə heyrətamiz ritm duyumuyla ovucları açıq hal-
da elə irəli uzatdı ki, elə bil, orada gözlə görünməyən
qiymətli qab tutmuşdu, qabın içində də ona hədiyyə et-
diyi ürəyi var idi. Culiyanın gözəl gözləri itaətlə və nəva-
zişlə baxırdı, dodaqlarından utancaq bir təbəssüm
boylanırdı. Culiya təslim oldu.
Culiya Çarlzın sifətinin donub qaldığını gördü. Nə-
hayət, hər şey Çarlza aydın oldu, özü də necə!
(“İlahi, mən ona lazımam! Bütün bunlar hamısı
oyun imiş”). Siftə-siftə bu kəşfdən büsbütün sarsıldı.
(“İlahi, bunun altından necə çıxım? Yəqin mən lap
səfeh yerində görünürəm!”)
Culiya az qala həm mənən, həm cismən müva-
zinətini itirəcəkdi: Nəsə fikirləşmək lazım idi, özü də
yubanmadan. Çarlz qarşısında dayanıb yaxşı gizlədə bil-
mədiyi çaşqınlıqla ona baxırdı. Culiya özünü itirmişdi.
Qiymətli qabı tutan bu əliylə nə eləsin? Tanrı şahiddi ki,
əlləri böyük deyil, amma indi onlar ona kolbasa bişirilən
yerdə qarmaqdan asılan qaxac budlar kimi görünür-
dülər. Çarlza nə deyəcək? Saniyələr ötdükcə düşdüyü
vəziyyəti və duruşu daha da dözülməz olurdu.
(“Murdarın biri murdar! Bu illər uzunu məni ax-
maq yerinə qoymaq!”)
Culiya yeganə mümkün qərarı qəbul etdi. O, bu
duruşunu saxladı. Öz-özlüyündə tələsməməyi lazım
bilib ovuclarını birləşdirdi, barmaqlarını daraq eləyib
240