Page 244 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 244
yam Somerset Moem

gəlmişdi. Amma dərhal da bu şübhəni başından çıxarıb
atmışdı. Yox, bu ola bilməzdi. Amma səhər bu düşün-
cəsinin əsaslı olduğunu etiraf etmək məcburiyyətində
qaldı. Culiya zəng elədi. Yatağında səhər yeməyini ye-
yən zaman Maykl tez-tez otağına gəldiyinə görə, Evi
pərdələri açıb, adətən, güzgünü, darağı, dodaq boyasını,
pudra qabını özü ona verirdi. Bu gün yüngülcə darağı
başına çəkib pudra əlçimini baxmadan üzünə vurmaq
əvəzinə, Culiya özünə əziyyət verməkdən çəkinmədi. O,
cidd-cəhdlə dodaqlarını boyayıb, qaydasına saldı.

Evi üstünə səhər yeməyi düzülən məcməyini
yatağına gətirəndə Culiya hələ də gözü güzgüdə:

– Artırıb əskiltmədən, necə bilirsən, Evi, – dedi, –
səncə, mən gözəl qadınam?

– Belə bir suala cavab verməzdən öncə, bundan
mənə nə çatacağını əvvəlcədən bilməliyəm.

Culiya qışqırıb:
– Ay səni, şeytan! – dedi.
– Amma bilirsiz, sizi gözəl adlandırmaq düz
olmazdı.
– Böyük aktrisalardan biri də gözəl olmayıb.
– Dünən axşamkı kimi təpədən-dırnağacan qıfıl-
lanıb-bağlansaz, üstəlik, arxadan işıq da düşsə, çoxun-
dan yaxşı görünərsiz.
(“İstəməyənin gözü çıxsın, dünən bu geyimim
mənə kömək oldu!”)
– Mənə bilirsən, nə maraqlıdır? Əgər hansısa bir ki-
şiylə eşq yaşamaq istəsəm, necə bilirsən, məndə alınar?
– Kişiləri yaxşı tanıdığımdan, alınsa, qəti təəccüb-
lənmərəm. İndi hədəfdə olan kimdi?
– Heç kim. Mən ümumi danışıram.
Evi burnunu çəkdi.
– Burnunu çəkmə. Əgər soyuqdəymən varsa, fınxır.
Culiya aramla qaynanmış yumurtanı yeyirdi. Beyni
ancaq bir fikirlə məşğul idi. Eviyə baxdı. Qoca
müqəvvadı, amma kim bilir?..

244
   239   240   241   242   243   244   245   246   247   248   249