Page 249 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 249
Seçilmiş əsərləri
– Üzr istəyirəm ki, tanış olmaya-olmaya özümdə
sizinlə danışmağa cəsarət tapdım, amma inanın, mən
belə fürsəti qaçıra bilməzdim. Mənə öz avtoqrafınızı
verə bilərsizmi?
Culiya nəfəsini güclə uddu. Deməli, o düz on dəqi-
qəydi ki, onu yalnız bundan ötrü izləyirmiş! Ola bilməz!
Bu, gəncin ona yaxınlaşması üçün, sadəcə, bəhanədi.
Neynək, Culiya ona həyan olar.
– Məmnuniyyətlə. Amma axı mən küçədə bunu
eləyə bilmərəm, hamı gözünü bərəldib baxacaq.
– Doğrudur. Bilirsiz, mən elə çay içməyə gedirdim,
o biri dalandakı Layond şirniyyatxanasına. Mənimlə
orada bir fincan çay içməkdən imtina etmərsiz ki?
Əla! İşlər lap yağ kimi gedir. Çay içən zaman, yəqin
ki, Culiyanı kinoya dəvət edəcək.
Culiya:
– Yaxşı, – dedi.
Onlar küçə boyu addımlayıb az sonra şirniyyat-
xanaya yetişdilər və stol arxasında əyləşdilər.
Gənc insan ofisiant qadına:
– Miss, zəhmət olmasa iki fincan çay, – deyib, sonra
üzünü Culiyaya tutdu. – Bəlkə, nəsə yemək istəyirsiz?
Və Culiyanın imtinasından sonra əlavə etdi:
– Miss, bir dənə də arpa kökəsi.
İndi Culiya ona doyunca baxmaq imkanı qazan-
mışdı. Alçaq boyu, gövdəli, yağlı qara saçları olan bu
gənc elə də kifir deyildi, xüsusən Culiyaya onun gözləri
yaxşı göründü. Amma dişləri pis idi, solğun dərisi isə
bənizinə xəstəhal görkəm verirdi. Həm də o, özünü çox
sərbəst aparırdı ki, bu da Culiyaya xoş gəlmirdi. Amma
bir tərəfdən də fikirləşirdi ki, Edvard-rouddan keçən
qadına küçədəcə ilişən bir insandan ciddilik gözləməyin
mənası yoxdu.
– Gəl, necə deyərlər, kassadan aralanmadan bu av-
toqraf məsələsini həll eləyək. Mənim devizim belədi.
249