Page 246 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 246
yam Somerset Moem

Elə həmin gün istirahətdən sonra Culiya yerindən
qalxıb bu dəfə üzünün ənlik-kirşanını bir az artıq elədi
və Evini çağırmadan o qədər də adi olmayan, amma
həm də elə bahalı görünməyən donunu geyindi, başına
isə qırmızı həsirdən enliətək şlyapasını qoydu.

Güzgüyə baxa-baxa öz-özünə dedi: “Mən küçə
qızına oxşamaq istəmirəm, amma o biri tərəfdən həddən
ziyadə ciddi görünüş də yaramaz”.

Heç kim eşitməsin deyə, pilləkəni pəncəsi üstə
düşdü və ardınca çıxış qapısını astaca örtdü. Culiya bir
az əsəbiydi, amma bu, xoş həyəcan idi. Hiss eləyirdi ki,
düşündükləri heç bir ölçüyə sığmır. Culiya Konot-skveri
keçib Edvard-rouda çıxdı. Təxminən, saat beş idi. Avto-
buslar, taksilər, yük maşınları ara vermədən şütüyür-
dülər, onların yanıyla həyatlarını təhlükəyə atan
velosipedçilər özlərinə yol açırdılar. Səkilər adamlarla
doluydu. Culiya ağır-ağır şimal istiqamətə yön aldı. Əv-
vəl-əvvəl sağa-sola dönüb boylanmadan düz getdi, az
sonra anladı ki, belə heç nəyə nail ola bilməyəcək.
İnsanların sənə baxmasını istəyirsənsə, gərək özün də
onlara baxasan. İki-üç dəfə vitrinlərin qarşısında bir neçə
insanın dayandığını görüb ayaq saxladı, amma ona fikir
verən olmadı. Culiya yoluna davam elədi. Piyadalar onu
ötüb-keçir, onunla qabaq-qabağa gəlirdilər. Elə bil, hamı
harasa tələsirdi. Culiya bir nəfərin də diqqətini özünə
cəlb eləmirdi. Bir kişinin ona yaxınlaşdığını görən kimi
cəsarətlə düz gözlərinin içinə baxdı, amma o, daş kimi
donub qalmış sifətiylə bu qadının yanından ötüb-keçdi.
Bəlkə, səbəb Culiyanın gözlərindəki o sərt ifadədədir?
Culiyanın dodaqları üstündə yüngül bir təbəssüm
oynadı. İki-üç kişi onun onlara güldüyünü düşünüb tez
Culiyadan gözlərini çəkdilər. Culiya onlardan birinə
baxdı. O da ona baxdı və dərhal addımlarını yeyinlətdi.
Culiya özünü əzgin hiss eləyib qərara aldı ki, daha yan-
yörəsinə baxmasın. Culiyanın getdiyi bu yol uzandıqca

246
   241   242   243   244   245   246   247   248   249   250   251