Page 254 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 254
yam Somerset Moem

– Belə de! Qiyamət oğlandı, eləmi?
– Dedikcə.
Hər iki qadın bir-birinin gözünün içinə baxa-baxa
gülümsədi. Evis öz rolunu oxuyanda Culiya diqqətlə
onu müşahidə edirdi, danışanda intonasiyasına fikir
verirdi. Culiya dodağını büzüb gülümsədi. Əlbəttə, baş-
qa cür gözləmirdi də. Evis ilk repetisiyadan özlərinə ta-
mamilə arxayın olan təkəbbürlü aktrisalardan idi. Onu
nə gözlədiyi təsəvvürünə belə gəlmirdi. Tom adlı adam
artıq Culiya üçün heç kim idi, amma Culiya ilə haqq-
hesabı çürütmək niyyətindəydi və çürüdəcəkdi. Fahişə!
Pyes “İkinci missis Tenkori”nin1 müasir versiyası
idi. Yeni nəslin tələbatı başqa olduğundan müəllif onu
komediya eləmişdi. Pyesə bəzi yaşlı personajlar daxil
edilmişdi. İkinci aktda Obri Tenkori artıq qocalıb əldən
düşmüş qiyafədə peyda olur. Polanın vəfatından sonra
o, üçüncü dəfə evlənib. Missis Kortelyon ikinci uğursuz
nikaha görə onu mükafatlandırmaq qərarına gəlir. Bu
müddətəcən o özü artıq deyingən və təkəbbürlü bir yaşlı
xanıma çevrilib. Qızı Elin və Xyu Ardel keçmişi unut-
mağa qərar verib. Keçmişi yada salan göz qabağından
rədd olsun!
Və bu haqda ər-arvad müqaviləsi bağlayıblar. Belə
görünür ki, Polanın faciəvi ölümü Obrinin heç bir ənda-
zəyə sığmayan nikah münasibətləriylə bağlı xatirələrini
yaddaşlardan silib. Xyu bu pyesdə qolf oynayan və
Britaniyanın süqutunun qarşısını almaq üçün məslə-
hətlər verən (“Lənət şeytana, ser, əgər mənlik olsaydı bu
lənətə gəlmiş sosialistlərin hamısını divara dirəyərdim”)
ehtiyatda olan ordu generalı idi, artıq gənc olmayan Elin
isə nazlı-qəmzəli qızdan şən, müasir, dilli-dilavər qıza
çevrilmişdi. Mayklın oynadığı personajın adı Robert

1 “İkinci missis Tenkori” – ingilis dramaturq Artur Uinaq Pineronun (1855-
1934) pyesi

254
   249   250   251   252   253   254   255   256   257   258   259