Page 259 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 259
Seçilmiş əsərləri
naharı bir qədər ertədən eləyib teatra getməliydi. Odur
ki, Roceri Culiya, tək qarşılamalı oldu. Culiya əynini
geyinəndə Evi, adəti üzrə, burnunu çəkə-çəkə gözünün
bir qırağıyla onun özünə necə sığal verdiyinə baxırdı.
Culiya, elə bil görüşə getməyə hazırlaşırdı. O, çox
istəyirdi ki, Rocer onunla qürur duysun və həqiqətən də,
indi yay geyimində platformada o baş-bu başa gedib
gələn Culiya gözəl və cavan görünürdü. Amma kənar-
dan baxana elə gəlirdi ki – özü də çox nahaq yerə – o,
ona dikilən baxışlara əhəmiyyət vermir. Bir ayını qızmar
günəş altında keçirən Rocer xeyli qaralmışdı, amma
üzündəki çivzələrdən azca da xilas ola bilməmişdi, özü
də Yeni il üçün Londonu tərk etdiyi vaxtdakından arıq
görünürdü.
Onlar ikilikdə nahar eləməliydilər. Culiya Rocerdən
sonra hara – teatra, yoxsa kinoya getmək istədiyini so-
ruşdu. Rocer evdə qalmaq istədiyini dedi.
Culiya:
– Əla, – dedi, – oturub dərdləşərik.
Doğrudan da, bir məsələni imkan yaranarsa,
Rocerlə müzakirə eləməliydi.
Mayklın bu xahişi, bu dəqiqə Culiyanın beynini
zəbt eləmişdi. Onun Kembricə daxil olmasına lap az
qalıb, odur ki, Rocerin gələcəkdə hansı işlə məşğul
olmaq istədiyini müzakirə etməyin vaxtıdı. Maykl qorx-
urdu ki, o, orada vaxtını boşa verib sonra alqı-satqı
idarələrindən birinə, ya da şər deməsən, xeyir gəlməz,
bəlkə, lap səhnəyə üz tutdu. Oğluna təsirinin daha çox
olduğunu və bunu daha ağılla edə biləcəyini nəzərə
aldığından Maykl Culiyadan inadla xahiş elədi ki, əgər
diplomatik, yaxud hüquqi sahəni seçsə, qarşısında hansı
imkanların açılacağını Rocerə özü təsvir eləsin. Culiya
əmin idi ki, iki-üç saatlıq söhbətdən sonra Roceri bu
vacib mövzuya yönəldə biləcək. Nahar öncəsi oğlundan
Vyana haqqında soruşsa da o, sirr vermədi.
259