Page 255 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 255
Seçilmiş əsərləri
Xamfri idi. Pineronun pyesindəki Obri kimi o da dul
qalmışdı və yeganə qızıyla birlikdə yaşayırdı. O, uzun
illər Çində konsul olub və var-dövlət sahibi olandan
sonra istefaya çıxaraq, Tenkorların hələ də yaşadıqları
yerdən o qədər də uzaq olmayan, ona miras qalmış
malikanədə məskunlaşıb. Onun qızı Onor (Evis Kray-
tona məhz bu rolu həvalə etmişdilər) Hindistanda tətbiq
etmək məqsədiylə tibbi öyrənir. Uzun illər xaricdə
yaşadığından bütün köhnə dostlarını itirib, yenilərini
tapmayan Robert Xamfri Londonda kübar cəmiyyətdə
yaxşı tanınan missis Marten adlı bir xanımla tanış olur.
O, Polayla bir bezin qırağıdı, amma Pola ondan daha
ayıq idi. O, qış və yay mövsümündə Kannda “işləyir”,
əlahəzrətin zabitlərini qəbul elədiyi Elbe-marl-stritdəki
mənzilində qalırdı. O, brici yaxşı, qolfu lap yaxşı oyna-
yırdı. Bu rol Culiyanın boyuna biçilmişdi.
Müəllif köhnə mətndən, demək olar ki, uzaqlaş-
mamışdı. Onor mister Xamfriyə tibb karyerasından
imtina etdiyini bildirir. Çünki o, Elinin oğlu olan gənc
qvardiyaçıyla yenicə nişanlanıb və ərə gedənə qədər
günlərini yalnız atasına həsr etmək niyyətindədir. Bir
qədər utancaq tərzdə o, missis Martenlə evlənmək niy-
yətini qızına açıqlayır. Onor bu məlumatı təmkinlə qar-
şılayır. Soyuqqanlıqla dillənir.
“Sən, yəqin, onun fahişə olduğunu bilirsən”.
Atası bir az da qızarıb qızına missis Martenin
bədbəxt taleyindən danışır və bu əzablarına görə onun
dərdinə şərik olmaq istədiyini deyir.
Qızının cavabı belə olur.
“Boş-boş danışma görək. Bu, sənin üçün bacara bil-
diyin ən münasib işdi”.
Elinin əri bir vaxtlar Pola Tenkorinin məşuqu
olduğu kimi indi də oğlu missis Martenin saysız-hesab-
sız məşuqlarındandı. Robert Xamfri öz təzə arvadını
şəhərətrafı malikanəsinə gətirir. Bu, hamıya bəyan olan-
255