Page 269 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 269
Seçilmiş əsərləri
Amma bununla belə, mən onu axmaq və dəyərsiz adam
sayıram.
Culiya onların dostluğunun onda hansı dəli qıs-
qanclıq hissləri oyatdığını xatırladı. Gör bir nahaqdan nə
qədər əzab çəkməli olmuşdu.
Qəflətən Rocer soruşdu:
– Sən onunla əlaqəni kəsdin də, eləmi?
Culiya az qala yerindən dik atılacaqdı.
– Demək olar ki, hə.
– Düz də elədin. O, sənin tayın deyil.
Rocerin təmkinli və fikirli baxışları ona dikilmişdi.
Culiyanın qorxudan az qala halı pisləşəcəkdi: kim bilir,
bəlkə, Tomun onun məşuqu olduğundan Rocerin xəbəri
var!
Ürəyində: “belə şey ola bilməz”, – deyirdi, bu qor-
xunu ona təlqin eləyən vicdanı qarşısında təmiz olma-
masıdı. Teplouda aralarında heç nə olmamışdı. Ola
bilməz ki, o iyrənc şayiələr gəlib oğlunun da qulağına
çatmış olsun. Amma həm də Rocerin sifətinin ifadəsi
onun hər şeydən xəbərdar olduğundan xəbər verirdi.
Culiya utandı.
– Mən Tomu Teplouya yalnız sənə görə dəvət
eləmişdim. Fikirləşdim ki, orada öz yaşıdınla yoldaşlıq
elmək sənə xoş olar.
– Mənə xoş oldu.
Rocerin gözlərində istehza qığılcımları oynadı.
Culiya az qala boğulurdu. İstəyirdi, oğlundan nədən
belə qımışdığını soruşsun, amma ürək eləmirdi. Culiya
özünü ən ülvi hisslərində təhqir olunmuş kimi hesab
eləyirdi. Göz yaşlarına xəsislik eləməyib ağlayardı da,
amma Rocerin buna cavabı yalnız gülüş olacaqdı. Ona
nə desin axı? Onsuz da Rocer onun bir sözünə də
inanmır. Oyun! Heç vaxt belə aciz olmamışdı, bu dəfə
Culiya vəziyyətdən heç cür çıxış yolu tapa bilmirdi. O,
tanımadığı nəsə bir şeylə toqquşmuşdu – nəsə sirli və
269