Page 273 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 273
Seçilmiş əsərləri
Culiya öz bədən quruluşunu təmin edəcək qədə-
rində iştahasını razı salıb beynində olanı ortalığa atdı.
– Çarlz, əzizim, sizinlə Rocer barəsində danışmaq
istəyirəm.
– Hə, o, bu günlərdə qayıdıb. Necədi?
– Ah, əzizim, başımıza iş gəlib. O, dəhşətli nəsihət-
baza dönüb. Bilmirəm, nə eləyim.
Culiya oğluyla söhbəti də öz interpretasiyasında
təsvir etdi. Yada salmağı lazım bilmədiyi bir-iki yeri çıx-
maq şərtiylə onun bu hekayəti dəqiq idi. Və sözlərini be-
lə yekunlaşdırdı:
– Ən böyük faciə isə burasındadı ki, onda qəti yu-
mor hissi yoxdu.
– Axı onun hələ cəmi on səkkiz yaşı var.
– O, bütün bunları açıb ortaya qoyanda mənim hey-
rətdən nə günə düşdüyümü təsəvvür belə eləyə bil-
mərsiz. Mən eynən eşşəyi kübar söhbətlərə başlayan
Valaamın keçirdiyi hissləri yaşadım.
Culiya şən nəzərlərlə Çarlza baxdı, amma o hətta
azca da gülümsəmədi. Çünki Culiyanın sözləri ona elə
də gülməli görünmədi. Culiya davam etdi:
– Onun bütün bunları hardan əxz elədiyini heç cür
təsəvvürümə gətirə bilmirəm. Onun bu həddə öz ağlıyla
gəlib çatdığını düşünmək düzgün deyil.
– Sizə elə gəlmirmi ki, bu yaşda olan oğlanlar dü-
şüncələrə bizim, yaşlı nəslin təsəvvür elədiyindən qat-
qat artıq qərq olurlar? Hardasa, mənəvi kişiləşmə dövrü.
Onun nəticələri bəzən heyrətamiz olur.
– Bütün bu düşüncələri illər uzunu gizlədib
ağzından bir kəlmə də qaçırmayasan! Burada nəsə bir
xainlik var. O, məni ittiham eləyir. – Culiya güldü. –
Doğrusu, Rocer mənimlə danışanda özümü Hamletin
anasının yerində hiss elədim.
Sonra, demək olar ki, pauzasız sözünün davamını
gətirdi:
273