Page 276 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 276
yam Somerset Moem
layırdı, indi səhər saat onda, yəqin, orada uzun növbə
əmələ gəlmişdi.
“Bu gün hava sarıdan bəxtləri gətirmişdi”.
İndi uzaqda qalan o köhnə əyyamlarda Culiya hər
dəfə premyera öncəsi dözülməz həyəcan keçirirdi. Səhər
açılandan onda ürəkbulanma başlayırdı və gün günor-
taya əyilib axşama boylandıqca elə hala düşürdü ki,
hətta teatrı atmaq barədə fikirləşirdi. Amma artıq bu ağır
sınaqlardan dəfələrlə çıxa-çıxa Culiya bərkimişdi. Gü-
nün birinci yarısında azca həyəcanlı olsa da, özünü
xoşbəxt hiss eləyirdi, yalnız axşam düşəndə bir qədər
halı dəyişdi. Dili-ağzı, elə bil tutulmuşdu. Xahiş etdi ki,
onu tək qoysunlar. O həm də əsəbiydi. Və Maykl acı
təcrübəsindən bilirdi ki, belə vaxtlarda yaxşısı budur,
onun gözünə görünməyəsən. Onun əlləri və ayaqları
soyuyurdu. Culiya teatra gələndə isə lap buza dönürdü.
Amma bununla belə, canını bürüyən bu həyəcanlı
gözləntilər, hətta ona şirin gəlirdi.
Səhər boş idi. Odur ki yerindən gec qalxdı. Maykl
lança gəlmədi, çünki dekorasiyalarla hələ də əlləşməli
idi. Culiya tək yedi, sonra uzanıb düz bir saat daş kimi
yatdı. Tamaşaya qədər dincəlmək niyyətindəydi. Miss
Filippe altıda gəlib onu yüngül masaj eləyəcəkdi. Yeddi
üçün teatrda olmaq istəyirdi. Oyanandan sonra özünü
elə gümrah, dincini almış hiss elədi ki, yataqda uzanıb
qalmaq ona cansıxıcı göründü və gəzişmək istədi. Gözəl,
günəşli bir gün idi. Şəhər mənzərəsini, şəhərətrafı
mənzərədən üstün tutduğundan və evləri ağaclardan
daha çox xoşladığından Culiya yolunu parka sarı
salmayıb, ilin bu vədəsi bomboş olan qonşu küçələri
aram-aram gəzməyə başladı. Bekarçılıqdan mülklərə
baxıb onlarla müqayisədə özününkünü nə qədər bəyən-
diyini fikirləşdi. Ürəyində bir yüngüllük və rahatlıq var
idi. Nəhayət, Culiya artıq geri qayıtmalı olduğunu
qərara aldı. Stenxoup-pleysin tininə təzəcə çatmışdı ki,
öz adını eşitdi. Bu səsi o tanımaya bilməzdi.
276