Page 279 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 279
Seçilmiş əsərləri

– Pis olmazdı, eləmi?
– Evis deyir, hər ikiniz – sən də, Maykl da ona çox
gözəl yanaşırsız. Bax ha, birdən səni ötüb-keçər.
Tom onu qıcıqlandırmaq məqsədiylə belə dedi.
Amma Culiya özünə sual etdi ki, görən, bunu ona Evis
özü deməyibmi? Yəqin, o qız özü belə olacağına ümid-
liydi.
– Siz nişanlandız?
– Yox. Evis sərbəstlik istəyir. Deyir, evlilik onun
karyerasına mane olar.
– Nəyinə?
Bu bir kəlmə Culiyanın ağzından özündən xəbərsiz
çıxdı və tez də düzəliş verdi:
– Hə, belə, aydındı.
– Təbii ki, mən onun qarşısını kəsmək istəmirəm.
Bir də gördün, bugünkü premyeradan sonra o, Ameri-
kaya dəvət aldı. Əlbəttə, mən yaxşı başa düşürəm ki,
belə dəvətləri qəbul eləmək üçün ona heç nə mane olma-
malıdır.
Onun karyerası! Culiya ürəyində güldü.
– Bilirsən, mən, həqiqətən, sənə afərin deyirəm,
Culiya, özünü Evisə qarşı belə apardığına görə.
– Niyə?
– Çünki qadınların nə məxluq olduğunu sən özün
yaxşı bilirsən.
Tom bu sözü deyib onun belini qucaqlayıb öpdü.
Culiya onun üzünə baxıb güldü.
– Sən də, ay məzəli oğlansan ha!
– Bəlkə, bir az sevişək.
– Gicləmə.
– Burada nə giclik var? Sənə elə gəlmirmi ki, biz,
onsuz da, nə vaxtdı ayrılmışıq.
– Mən tam ayrılmanın lehinəyəm. Bəs Evis necə
olsun?
– O, başqa məsələ. Gedəkmi, hə?

279
   274   275   276   277   278   279   280   281   282   283   284