Page 283 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 283
Seçilmiş əsərləri

– Belə rolu mən baş-ayaq dayanıb oynayaram, –
dedi. – Sənin son monoloqun zamanı zalı bürüyən o
sükutu eşitdinmi? Tənqidçilər, yəqin, indi heyrət için-
dədirlər.

– Tənqidçiləri özün məndən pis tanımırsan. Bütün
diqqət zəhrimara qalmış pyesə, sonda da üç sətir mənə.

– Sən İngiltərənin möhtəşəm aktrisasısan, sevgilim,
amma and içə bilərəm ki, sən həm də ifritəsən.

Culiya gözlərini geniş açdı. Onun sifətində uşaq
heyrəti var idi.

– Bununla sən nə demək istəyirsən, Maykl?
– Günahsız obrazı yaratma. Özün gözəl bilirsən.
Mən bilməyən şeyə qurd düşər.
Culiyanın gözləri parıldadı, o, özünü gülməkdən
zorla saxlayırdı.
– Mən yeni doğulmuş çağa qədər günahsızam.
– Boşla görək. Əgər orada bir badalaq haqq-hesabı
oldusa, o da sənin Evisə badalağın idi. Amma çox gözəl
elədiyinə görə sənə acığım tutmadı.
Bu yerdə Culiya artıq yüngül təbəssümünü gizlət-
mək iqtidarında deyildi. Artist üçün tərifdən xoş heç nə
yoxdu. Evisin yeganə böyük mizansəhnəsi ikinci aktda
idi. Bu yerdə onunla bərabər Culiya da iştirak edirdi.
Maykl səhnəni elə qurmuşdu ki, tamaşaçıların bütün
diqqəti o qızda cəmlənməliydi. Bu, dramaturqun istə-
yinə də uyğun idi. Culiya həmişə olduğu kimi məşq-
lərdə Mayklın bütün istəklərinə riayət eləyirdi. Evisin
gözünün rəngini və bəyaz saçlarını diqqətə çatdırmaq
üçün ona solğun-mavi don geyindirmişdilər. Təzad
təşkil eləmək üçün Culiya da özünə uyğun çalarlı sarı
don seçmişdi. Baş məşqdə də o, bu donda çıxış eləmişdi.
Amma bu sarıyla bərabər özünə parıltılı, qızılı parçadan
olan bir başqasını da seçmişdi. Və Mayklla Evisin
heyrətinə rəğmən, o, premyeranın ikinci aktında məhz
həmin donda peyda oldu. Bu donun parıltısı və səhnəyə

283
   278   279   280   281   282   283   284   285   286   287   288