Page 287 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 287
Seçilmiş əsərləri

– Əzizim, sənin tayın-bərabərin yoxdu! Sən heyrə-
tamizsən! Lənət şeytana, bax, tamaşa buna deyərlər.

– Bəyəndin? Evis yaxşıydı, eləmi?
– Evis? Baxmalı deyildi!
– Əzizim, nə demək istəyirsən? O, mənə çox cazi-
bədar göründü.
– O nə gündəydi ki?! İkinci aktda heç sir-sifəti də
yaxşı deyildi. (“Evisin karyerası!”) Qulaq as, axşam
neyləyirsən?
– Dolli bizim şərəfimizə qəbul təşkil eləyib.
– Birtəhər ondan yaxanı qurtarıb mənimlə şam
yeməyimə gedərsənmi? Səndən ötrü ürəyim gedir.
– Boş-boş danışma! Dolliyə badalaq vura bilmərəm
axı.
– Xahiş eləyirəm.
Onun gözləri alışıb-yanırdı. Culiya görürdü ki, hələ
heç vaxt onda belə həvəs oyatmayıb. O, bu zəfərinə
sevinirdi, amma qətiyyətlə başını buladı. Dəhlizdə hay-
küy qalxmışdı, ikisi də bilirdi ki, indi Culiyanın dostları
bir-birinə aman vermədən onu təbrik etmək üçün oda-
sına tələsirlər.
– Hamısı cəhənnəm olsun! Səni indi necə də öpmək
istəyirəm! Səhər zəng eləyəcəm.
Qapı taybatay açıldı və kök, tərli, coşub-daşan Dolli
dəstənin başında içəri soxulub otağı elə zəbt elədilər ki,
nəfəs almaq müşkülə çevrildi. Culiya öpüş üçün yana-
ğını birindən də əsirgəmədi. Orada onların arasında üç-
dörd tanınmış aktrisa da var idi. Onlar da təriflərini
əsirgəmədilər. Culiya qeyri-saxta təvazökarlığı yaxşı ifa
elədi. Artıq dəhliz də insanlarla doluydu. Hamı ani də
olsa, onu görmək istəyirdi. Dolli özü üçün çıxışa yolu
dirsəyiylə açmalı oldu. Culiyaya:

287
   282   283   284   285   286   287   288   289   290   291   292