Page 291 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 291
Seçilmiş əsərləri

Culiyanın şam yeməyinə tək gəlməyindən baş ofi-
siant əməllicə təəccüblənmişdi, amma onun müştərilərə
göstərməyi lazım bildiyi yeganə hiss, onları görməkdən
məmnunluq hissi idi.

– Yaman yorulmuşam, Ancelo.
– Siftə üçün bir qədər istridyə, madam?
– İstridyə, Ancelo, özü də yağlısından.
– Mən öz əllərimlə seçəcəm, miss Lembert, bəs son-
ra?
Culiya dərindən nəfəs aldı. Nəhayət, o, ikinci aktın
sonundan arzuladıqlarını can rahatlığıyla sifariş eləyə
biləcəkdi. Hesab eləyirdi ki, bu zəfərlərini yaxşıca yeyib-
içməklə qeyd eləyə və özünə bir müddət sərbəstlik verə
bilər.
– Ancelo, mənə soğanlı bifşteks, qızardılmış kartof,
bir şüşə də bass1. Pivəni qapaqlı gümüşü parçda gətirin.
Culiya, yəqin, on il olardı ki, qızardılmış kartof
yeməmişdi. Amma bu gün istədiyini edə bilərdi. O,
parlaqlıqdan başqa ad verilməsi mümkün olmayan
ifasıyla publika üzərində hökmranlığını təsdiqləyə
bilmişdi. Bununla da, o, bir ağıllı gedişlə Evisdən canını
qurtarıb Toma necə axmaq olduğunu göstərmişdi. Ən
əsası isə onu əsəbiləşdirən və əzən hisslərdən istədiyi an
azad olmaq gücündə olduğunu özünə sübut eləyə
bilmişdi. Adamınkı gətirməyəndə gətirmir. Evis təzədən
onun fikirlərinə hakim oldu.
– Axmaq qız, mənə kəf gəlmək istəyirdi. Yaxşı,
sabah mən publikaya gülmək üçün imkan yaradaram.
İstridyələri gətirdilər. Culiya ləzzətlə onları həzmi-
rabedən keçirdi. O, özünün ölməz ruhunun eşqinə,
üstünə yağ çəkilmiş iki tikə qara çörək yeyib üstündən
hündür pivə parçından sanballı bir udum elədi.

1 bass – pivə növü

291
   286   287   288   289   290   291   292   293   294   295   296