Page 294 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 294
yam Somerset Moem

gerçəkdən duyduğu hissləri təsvir eləyirdi ki, bu da ma-
raqsız idi. Hissləri yaşaya-yaşaya yox, yalnız yaşayıb
qurtarandan sonra oynamaq olar. Çarlzın nə vaxtsa ona
dediyi söz yadına düşdü. Deyirdi ki, şeiri ancaq geridə
qalandan, oxumağının üstündən xeyli keçəndən sonra
hiss eləməyə başlayırsan. Və ruhun sakitləşir. Culiyanın
poeziyadan qəti başı çıxmır, amma aktyor oyununda,
həqiqətən, belədi.

“Belə bir orijinal fikrə sahib olması Çarlzın ağlından
xəbər verir. Doğrudan da, insanlar haqda təsəvvürlər
heç də düz deyil. Elə düşünürsən, kübar insanlar hamısı
ucdantutma əclaflardı, amma qəfil onlardan biri elə
hərəkət eləyir ki, heyran qalmaya bilmirsən”.

Amma Culiya həmişə hesab eləyirdi ki, öz qəhrə-
manını səhnəyə yalnız üçüncü aktda çıxarmaqda Rasin
səhv eləyir.

“Əgər bu roldan yapışsam, əlbəttə, mən bu
yanlışlığa dözmərəm. Əgər istəsəniz, mənim səhnədə
zühuruma yarım akt hazırlıq görə bilərsiz, amma, əs-
lində, bu özü də çoxdu”.

Doğrudan da, bu mövzu ətrafında öz variantını dra-
maturqlardan birinə sifariş eləməyə ona nə mane olur
axı. Nəsrlə də ola bilər, nəzmlə də, sadəcə, ikinci halda
misralar gərək qısa olsun. Belə misraların öhdəsindən
gələ bilər, özü də layiqincə. Heç də pis ideya deyil, özü
də o, hansı kostyumu geyinəcəyini də bilir. Sara Berna-
rın büründüyü o yellənən xlamidada yox, bir dəfə Çarlz-
la Britaniya muzeyinə gedərkən barelyefdə gördüyü qısa
yunan tupikində olacaqdı.

“Qəribə deyilmi? Bütün bu muzey və qalereyalara
gedəndə öz-özünə düşünürsən ki, darıxmaqdan ürəyin
partlayacaq. Amma qəti gözləmədiyin bir məqamda ba-
xıb görürsən ki, orada rastına çıxan bir şey sonra karına

294
   289   290   291   292   293   294   295   296   297   298   299