Page 297 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 297
Seçilmiş əsərləri

Hamıdan uzaqda, öz şöhrətinin zirvəsindən o, xeyli
aşağıda ayaqları altında qarışqa kimi qaynaşan insan
topalarına baxırdı. Bu dəqiqə bütün əlaqələrdən azad
olması onda elə heyrətamiz hiss yaratmışdı, onu elə eks-
taza gətirmişdi ki, bununla müqayisədə hər şey heç-
likdən başqa bir şey deyildi. Culiya özünü cənnət bağını
gəzən ruhun yerində gördü.

Baş ofisiant ona yaxınlaşıb ölçülü-biçili təbəssümlə
soruşdu:

– Hər şey qaydasındadır, miss Lembert?
– Hər şey çox gözəldi. Bilirsiz, doğrudan da, insan-
ların ağız dadlarının belə müxtəlif olması, sadəcə, qə-
ribədi. Missis Siddons əzmə kotletləri xoşlayırdı. Bu
sarıdan mən ona azca da oxşamamışam. Mənimki bifş-
teksdi.

297
   292   293   294   295   296   297   298   299   300   301   302