Page 300 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 300
yam Somerset Moem
Missis Kalver. Aha, deməli, mən haqlıyam. Sən ki-
fayət qədər özünə yaxın üç adamın həyatını zəhərə dön-
dərmək qərarına gəlmisən.
Marta. Elədi.
Missis Kalver. İcazə ver, soruşum. Konstans niyə
bunu bilməlidir?
Marta. Niyə? Niyə? Niyə? Niyə? Bu, prinsipcə cavab
tələb eləməyən suallardan biridi.
Missis Kalver. Mən artıq dəfələrlə şahidi olmuşam
ki, prinsipcə, cavab tələb eləməyən suallara cavab ver-
mək daha çətindi.
Marta. Buna cavab vermək elə də çətin deyil. O, hə-
qiqəti bilməlidir.
Missis Kalver. Təbii, həqiqət gözəl şeydi, amma onu
səsləndirməkdən öncə yaxşı olardı, əmin olasan ki, bu,
dinləyicinin xeyrinədimi? Həqiqət məxsusi özün üçün
xırda məmnunluq hissi gətirməyə xidmət etməməlidir.
Marta. Ana, Konstans çox bədbəxt qadındı.
Missis Kalver. Boş sözdü. Yaxşı yeyir, yaxşı geyinir,
yaxşı yatır, kökəlmir. Belə bir qadına bədbəxt demək
günahdı.
Marta. Əgər özün anlamırsansa, sənə anlatmağın
mənası yoxdu. Sən, əlbəttə, çox yaxşısan, amma sənin ki-
mi ana daha qalmayıb. Sənin baxışların məni, sadəcə,
heyrətləndirib.
(Qapı açılır. Bentli missis Fosettlə daxil olur. Qırxyaşlı
missis Fosett qəddi-qamətli, işgüzar bir qadındı.)
Bentli. Missis Fosett.
Missis Kalver. O-o, Barbara, səni görməyimə necə
də şadam.
Barbara (Ona yaxınlaşıb öpür.) Bentli mənə dedi ki,
Konstans yoxdu, amma siz buradasız. Nə işlə məşğul-
suz?
Missis Kalver. Cırmaqlaşırıq.
Barbara. Nə səbəbdən?
300