Page 302 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 302
yam Somerset Moem

Marta. Konstans sənin qızın deyil?
Missis Kalver. Sən birbaşa sualların lap dəlisisən.
Cavab verirəm, hə, qızımdı.
Marta. Sən də ağzına su alıb oturmaq istəyirsən?
Konstansın ən yaxın rəfiqəsiylə gəzən Conun qarşısını
almaq fikrin yoxdu?
Missis Kalver. Nə qədər ki, Konstansın xəbərdən
xəbəri yoxdu, mənim susub-susmamağım heç nəyi də-
yişmir. Mari-Luiza, düzdü, axmaqlıq eləyib, amma ya-
man şirin qızdı, kişilər belələrini xoşlayırlar. Əgər Con
Konstansı aldadırsa belə, hər halda, bizim onun gəzdi-
yinin kimliyini bilməyimiz xeyrimizədi.
Marta (Barbaraya). Bu vaxtacan görmüşdünmü, ha-
mının hörmət etdiyi bir qadın... anama hamı hörmət
eləyir...
Missis Kalver. Saxla görək.
Marta. Belə sözlər deyərmi?
Barbara. Sənin fikrincə, nəsə eləmək lazımdı?
Marta. Bəli, mən qəti əminəm ki, nəsə eləmək
lazımdı.
Missis Kalver. Amma mən, əzizim, qəti əminəm ki,
sən nəsə eləməli deyilsən. Sən Konstansa bu haqda bir
kəlmə də deməməlisən.
Barbara (Bir qədər çaşqınlıq içində). Sən ona hər
şeyi danışmaq istəyirsən?
Marta. Kimsə deməlidir axı. Anam kənara çəkilirsə,
onda mən irəli düşməliyəm.
Barbara. Mən Konstansı çox istəyirəm. Təbii ki, nə
baş verdiyindən çoxdan duyuq düşmüşdüm, ona görə
də dəhşətli həyəcan keçirirdim.
Marta. Con onu gic yerinə qoydu. Heç bir kişinin öz
arvadını belə alçaltmağa ixtiyarı yoxdu. O, onu məsxərə
obyektinə çevirdi.
Missis Kalver: Əgər bütün arvadlar kişilərinin
şorgözlüyü səbəbindən məsxərə obyektinə çevrilsəydi,
dünya daha çox şən olardı.

302
   297   298   299   300   301   302   303   304   305   306   307