Page 305 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 305
Seçilmiş əsərləri
Barbara. Mən fikirləşdim ki, öz-özünü saxlamaq
iqtidarında olarsa, məsələ kritik həddə çatanda bu ağrını
daha yüngül keçirər.
Missis Kalver. Sən də məsələnin bu həddə çatma-
sını istəyirsən?
Barbara: Təbii ki, istəmirəm. Amma özünüz də başa
düşürsüz ki, daha bu cür davam eləyə bilməz. Kons-
tansın hələ də bu işdən agah olmaması, sadəcə, möcü-
zədi. Amma gec-tez mütləq hər şeyi biləcək.
Missis Kalver. Zənnimcə, bu qaçılmazdı.
Marta. Ümidvaram ki, bu, çox tez baş verəcək. Mən
yenə əvvəlki qənaətimdəyəm ki, bu haqda xəbəri ona
məhz anası çatdırmalıdır.
Missis Kalver. Buna mənim azca da həvəsim yoxdu.
Marta. Əgər anası yayınırsa, deməli, özüm deyə-
cəm.
Missis Kalver. Bax, buna imkan vermərəm.
Marta. O, onu ən iyrənc şəkildə təhqir eləyib. Onun
vəziyyəti dözülməzdi. Mari-Luiza haqqında nə fikirləş-
diyimi təsvir eləməyə söz də tapa bilmirəm, amma de-
yəcəm. İyrənc, çörəyi dizinin üstə olan, qəddar, paxıl
balaca ləçər!
Barbara. Hər halda, fikrimcə, həmişə mənə güvənə
biləcəyinə əmin olması Konstansa xoş gələcək.
Missis Kalver. Amma Con hər ay ona sanballı məb-
ləğdə pul ayırır. Con çox səxavətlidir.
Marta (Mat-məəttəl). Doğrudanmı, sən elə fikir-
ləşirsən ki, Konstans bundan sonra da ondan pul alma-
lıdır?
Barbara. Marta tamamilə haqlıdır, missis Kalver. Bu
vəziyyətdə Konstans, ondan bir pens də ala bilməz.
Missis Kalver. Ola bilsin, o, belə də eləyəcək. Am-
ma bununla bərabər, həm də gərək elə eləsin ki, boşa-
nanda vəkili onun üçün yaxşı pul qopara bilsin. Söhbət
bizim rifahımızdan gedəndə çox az kişinin təsəvvürü
305