Page 303 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 303
Seçilmiş əsərləri
Barbara (Qeybətləşmək imkanı yarandığına görə razı
görkəmdə). Heç bilirsizmi, bu gün onlar lançda birlikdə
olublar.
Marta. Bu haqda eşitməmişik. Amma srağagün
birlikdə nahar elədiklərindən xəbərdarıq.
Missis Kalver (Şən ovqatda). Biz, hətta onların nə
yediklərini də bilirik. Sənin necə, lançda onların nə ye-
diklərindən xəbərin var?
Marta. Ana!
Missis Kalver. Mənə elə gəldi ki, Barbara lança iki-
likdə getməklərinə görə onlardan inciyib.
Marta. Ay ana, abır-həyanı gözləmək lazımdı!
Missis Kalver. Əzizim, bircə abır-həya çatmırdı.
Yadda saxla ki, abır-həya sevimli kraliçamız Viktoriya
ilə birlikdə öldü.
Barbara (Missis Kalverə). Siz Konstansın ən yaxın
rəfiqəsiylə hamının gözü qarşısında eşq macərası yaşa-
yan Conun bu hərəkətinə haqq qazandırırsız?
Missis Kalver. Ola bilsin, yaşa dolduqca, gönüm də
qalınlaşıb deyə belə təmkinli olmuşam. Mən kişilərin
məhəbbət oyunlarını ciddi qəbul eləyə bilmərəm. Elə
bilirəm, onların təbiəti belədi. Con çox gözəl cərrahdı.
O, çox işləyir. Əgər hərdən onda lança, yaxud nahara
hansısa gözəl bir xanımla getmək həvəsi yaranırsa, he-
sab eləyirəm, bunu onun ayağına günah kimi yazmaq
düzgün deyil. Bilirsiz, gündə üç dəfə, həftədə yeddi dəfə
eyni qadınla bir stol arxasında əyləşmək adamı bezdirir.
Mən bunu öz şəxsi təcrübəmdən bilirəm. Marta səhər-
axşam gözümün qabağındadı. Amma kişilər bu halı
qadınlar kimi təmkinlə keçirə bilmirlər.
Marta. Çox sağ ol, ana.
Barbara (Əhəmiyyətli tərzdə). Amma axı onlar yalnız
birlikdə yemək naminə görüşmürlər.
Missis Kalver. Sən ən pis şeydənmi şübhələnirsən,
əzizim?
303